Prezident övladları - onlar kimdir, nə ilə məşğul olurlar?
GÜNDƏM
24.09.2014, 14:37
Dövlət başçısı olmaq böyük məsuliyyətdir. Ölkəni idarə etmək, taleyüklü məsələlərin həlli üçün qərarlar vermək, xarici ölkələrdə və beynəlxaql konfranslarda saatlarla gərgin danışıqlar aparmaq və s. Lakin bütün vəzifə və peşə sahibləri kimi prezidentlər də ən böyük çətinliyi layiqli övlad yetirdirməkdə görürlər. Çünki övladlarının istənilən məsuliyyətsiz və şıltaq hərəkəti prezident kimi dövlət əhəmiyyətli fiqurun reputasiyasına sağalmaz zərbə vura bilər, yaxud iş karyerasında qazandığı uğurla ona başucalığı gətirə bilər. Modern.azsaytı ataları ölkə başçısı olan prezident övladlarının bugünkü məşğuliyyətələri barədə yazını təqdim edir.
Çoxuşaqlı Qırğızıstan prezidenti
Qırğızıstan prezidentiAlmazbek Atambayevin2 nikahdan 6 övladı var. İlk nikahdan onun Seyidbəy, Seytək adlı oğlanları, Dinara və Diana adlı qızları doğulub.
1988-ci ildə milliyətcə tatar Raisa Atambayeva ilə evlənən qırğız prezident Xıdırbəy (1993) və Aliyə (1997) adlı 2 övlada sahibdir. 20 yaşlı Xıdırbəy Türkiyədəki Amerika Universitetində təhsil alır. Qızı Aliyə isə hələ 10-cu sinfə gedir.
Türkmənistan prezidentinin övladları
Türkmənistan prezidentiQurbanqulu Berdımuhəmmədovbarədə məlumatlar mətbuatda azlıq təşkil edir. Amma məlumdur ki, Berdımuhəmmədovun türkmən qadınla nikahdan 2 qızı və Sərdar adlı oğlu var. Sərdar Berdımuhəmmədovun Xarici İşlər Nazirliyində çalışdığı məlumdur. Qızlarına gəldikdə, onlardan biri Türkmənistan Təbii Sərvətlər Agentliyinin Londonnümayəndəsi İlasgeldi Amanovla, ikinci qızı isə Türkmənistann Fransadakı səfirliyindəki əməkdaşı ilə evlidir. Bundan başqa, Berdıməhəmmədovun rus milliyəıtindıən olan Marina adlı məşuqəsindən 14 yaşlı qızının olduğu da iddia edilir.
Ermənistan prezidentinin iki qızı var
Serj Sərkısyanın Anuş və Satenik adlı 2 qızı var. Anuş Sərkisyan Ermənistanın Vatikandakı səfiri Mikael Minasyanla evlidir. Kiçik Satenik isə Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanınbacısı oğlu Ayk Xaçaturyanla evlidir. Sarksiyanın 4 nəvəsi var.
Üç oğlu olan Moldova prezidenti
Moldova prezidenti Nikolae Timofti və xanımı Marqarita Timoftinin 3 oğul övladı var. Böyük oğlanları Aleskey (1977-ci ildə anadan olub) hüquq təhsili alıb. O, evlidir və ABŞ-da əsasını qoyduğu vəkillik kontorunu işlədir.
Prezidentin 32 yaşlı ortancıl oğlu Nikolay jurnalistdir. Moldovada müxtəlif radio və televiziya verilişlərində çalışan prezident oğlu hazırda özəl kanallardan birində idman veriliş aparır. Ailənin ən kiçiyi Ştefan (23 yaş) isə professional futzal oyunçusudur və yerli klublardan birində çıxış edir.
Özbəkistan prezidentinin iki nikahdan üç övladı var
İslam Kərimov 2 nikahdan 3 övlad sahibidir. İlk evlilikdən onun Pyotr Kərimov adlı oğlu doğulub. O, Özbəkistanın Bekabad şəhərində bizneslə məşğul olur. Prezidentin Tatyana Kərimova ilə ikinci nikahından Gülnarə (1972) və Lola (1978) adlı qızları var. Gülnarə Kərimova Özbəkistan xarici işlər nazirinin müavini, ölkəsinin BMT-dəki nümayəndəsi, İspaniyada səfir vəzifələrində çalışıb. Bundan başqa, Özbəkistanda böyük biznesi və ictimai təşkilatları da olub.
2013-cü ildən sonra isə atası ilə aralarında yaranan münaqişədən sonra faktiki ev dustağına çevrilib. Özbək əsilli amerikalı Mənsur Maqsudi ilə 1991-ci ildə ailə həatı quran Kərimovanın İslam (1992) və İman (1999) adlı iki övladı var. Cütlük 2001-ci ildə qalmaqallı şəkildə boşanıb.
Prezidentin kiçik qızı Lola Kərimova da bacısı kimi müxtəlif önəmli postlarda çalışıb. O, Özbəkistanın YUNESKO-dakı daimi nümayənədəsi, Özbəkistan Gimnastika Federasiyasının prezidenti və xeyriyyə fondlarının təsisçisi kimi fəlaiyyət göstərib. Hazırd əri Timur Tillayevlə və 3 övladı ilə birlikdə İsveçrədə yaşayır.
Boşanan Rusiya prezidenti iki qız atasıdır
Rusiya prezidentiVladimir Putin1983-cü ildə Lyudmila Putina ilə ailə həyatı qurub. Onların 1985-c ildə anadan olan Mariya və ondan bir yaş kiçik Katerina adlı qızları var. Onlar hər ikisi Rusiya universitetlərində təhsil alıblar. Yayılan məlumatlara görə, Mariya Putina Hollandiya vətəndaşı Yorrit Faassen ilə Vorshoten şəhərində vətəndaş nikahında yaşayır. Putinin digər qızı Katerina isə 2010-cu ildə Cənubi Koreya vətəndaşı Yu Yonq Qu ilə ailə həyatı qurub. Rusiya prezidentinin baba olması ilə bağlı rəsmi informasiya yoxdur.
Üç qız atası olan Qazaxıstan prezidenti
Nursultan Nazarbayev 3 qız atasıdır. Böyük qızı Dariqa (1963) siyasi elmlər doktorudur. Hazırda Qazaıxstan parlamentinin vitse-spikeri və "Nur Otan” Partiyasının fraksiya rəhbəridir. Bundan başqa, ölkəsində Dariqa Nazarbayevanın böyük biznes şəbəkəsi var. Prezidentin qızı 1983-cü ildən Rahat Əliyevlə evli olub. Cütlüyün Nurəli (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladı var. 2007-cildə Nursultan Nazarbayevlə konfliktə daxil olan Rahat Əliyev bütün vəzifələrdən məhrum edilir. Dariqa Nazarbayevdən boşanan Əliyev Avstriyada siyasi sığınacaq alıb.
OrtancılDinarə Nazarbayeva isə incəsənət təhsiil alsa da, bizneslə məşğul olur. Prezidentin qızı Qazaxıstan "XalqBankı”nın səhmdarlarından biri kimi ölkənin ən zəngin qadını hesab olunur. Onun 1,3 milyard dollar sərvətinin olduğu deyilir. Dinarə Nazarbayeva biznesmen Timur Kulibayevlə evlidir. Onların Altay (1990), Dənizə (2004) və Əlişə (2010) adlı 3 övladı var.
Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva isə tikinti biznesi ilə məşğuldur. "Elitstroy” tikinti şirkətinin sahibi olan Aliyənin evli və 2 övlad sahibi olduğu məlumdur.
Belarus prezidenti üç oğul atasıdır
1975-ci ildə Qalina Lukaşneko ilə ailə həyatı quran Belarus prezidentinin bu nikahdan Viktor (1975) və Dmitri (1980) adlı iki oğlu var. Bundan başqa, onun nikahdankənar Nikolay adlı oğlu da dünyaya gəlib.
Böyük oğul Viktor Lukaşenko Belarus prezidentinin milil təhlükəsizlik məsələləri üzrə məsləhətçisidir. O, Liliyan Lukaşenko ilə evlidir və 4 uşaq atasıdır. Dmitri Lukaşenko isə Belarus Milli Olimpiya Komitəsinin üzvü və bir neçə idman klubunun sahibidir. O, Anna Lukaşenko ilə evlidir, 2 övladı var.
Təkuşaqlı Gürcüstan prezidenti
Gürcüstan prezidenti Georgi Marqvelaşvili uzun illər boyu rəsmi nikaha daxil olmayıb. Onun 21 yaşlı yeganə qızı Anna da vətəndaş nikahından doğulub. Prezident qızı Gürcüstan İctimai İşlər Universitetində menecment üzrə təhsil alıb.
Gürcüstan prezidenti 2014-cü ilin sentyabrında uzun illər vətəndaş nikahında yaşadığı Mika Çaşua ilə ailə həyatı qurub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”
Bugün, 18:50 GÜNDƏM
-
Meteor yağışı yağacaq
Bugün, 18:09 GÜNDƏM
-
Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə..."
Bugün, 17:59 MƏDƏNİYYƏT
-
İkiüzlü olmayın, kişi olun!
Bugün, 17:57 YAZARLAR
-
Nurlan Fətəliyev xidmət rəhbəri təyin edilib
Bugün, 17:49 CƏMİYYƏT
-
WUF13 Təşkilat Komitəsinin iclası keçirilib, yeni tapşırıqlar verilib - FOTOLAR
Bugün, 17:35 GÜNDƏM
-
Qurban Qurbanov indi də maşın alverinə girişdi - Baş məşqçi biznesini böyüdür
Bugün, 17:19 İDMAN
-
QADIN BƏLƏDİYYƏ SƏDRİ UĞRUNDA SAVAŞ: təşkilat xəbərdarlıq edir, sədr telefona cavab vermir - CHP-çı sədri AKP-yə keçəcəkmi?
Bugün, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib
Bugün, 16:47 GÜNDƏM
-
Bakıda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlandı - Açıqlama + FOTO
Bugün, 16:44 İQTİSADİYYAT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - TAM SİYAHI
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
"BakuBus" və "Bakı Taksi Xidməti "Bakı Metropoliteni"nə birləşdirildi - Prezident fərman imzaladı
Bugün, 16:24 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftə içində azaldı – 5.5 milyard dollar...
Bugün, 16:19 İQTİSADİYYAT
-
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub - İclasa gecikdiyi üçün
Bugün, 16:07 CƏMİYYƏT
-
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM + SİYAHI
Bugün, 16:05 GÜNDƏM
-
Növbəti üç gündə yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:00 GÜNDƏM
-
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
Bugün, 15:55 GÜNDƏM
-
“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı
Bugün, 15:47 CƏMİYYƏT
-
Mərkəzi Bank Elman Rüstəmova məxsus bankı cəzalandırdı
Bugün, 15:43 İQTİSADİYYAT
-
Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Bakının baxışı... - TƏHLİİL
Bugün, 15:28 GÜNDƏM
-
Gələn həftənin birinci günü iş günü olmayacaq
Bugün, 15:23 GÜNDƏM
-
Misir Mərdanov: "Emin Əmrullayevin fikirləri ilə razıyam"
Bugün, 15:20 SİYASƏT
-
Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb
Bugün, 15:07 GÜNDƏM
-
“İnstaqram” bu qadını da “vurdu”: bir gecədə 15 milyon saxta izləyici silindi
Bugün, 14:53 ŞOU-BİZNES
-
Partiya sədri: "Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Paşinyan: "Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik"
Bugün, 14:41 SİYASƏT
-
Özgür Özeldən gözlənilməz jest – CHP lideri SAHA 2026-da türk silahlarını təriflədi (FOTO)
Bugün, 14:27 DÜNYA
-
Rəşad Dağlının bibisi qızı: "Xəbər yalandır"
Bugün, 14:22 ŞOU-BİZNES
-
Paşinyan Moskvada parada getməyəcək
Bugün, 14:11 GÜNDƏM
-
Çingiz Əliyev təqaüdə göndərilib
Bugün, 13:58 CƏMİYYƏT
-
Vilayət Eyvazov İmişlidə 264 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - Nazir sıra baxışı da keçirib (VİDEO, FOTO)
Bugün, 13:40 CƏMİYYƏT
-
Pakistan XİN: “ABŞ və İran arasında tezliklə razılaşma olacağına çox ümidliyik”
Bugün, 13:35 GÜNDƏM
-
Xaricdəki yüz milyon dollarlıq əmlakı və bank hesablarına həbs qoyulan Milli Məclisin deputatı: o, niyə varidatını ölkədən çıxarıb ki?
Bugün, 13:13 GÜNDƏM