İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)

img

28-02-2026 [20:41]


ABŞ-İsrail birgə gücləri İranın Hörmüzqan əyalətində ibtidai məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə məktəbdəki şagirdlərdən  85-i hadisə yerində həyatı iləvidalaşıb.

Bu barədə "Fars" Xəbər Agentliyi Minab Prokurorluğuna istinadla xəbər yayıb.

Minab valisi Məhəmməd Radmehr bildiirb ki, yaralılar da var: "Ölən qız şagirdlərinin sayı isə 85-ə yüksəlib".

***

İran XİN isə Qızlar məktəbində məktəbdə ölən şagirdləriin sayının 160 nəfəri ötdüyünü bəyan edib.

Mia.az xəbər verir ki, nazirlik baş verənləri müharibə cinayət sayıb və qarşı tərəfin buna cavab verəcəyini bildirib.

İran prezidenti isə bu faktla bağlı ABŞ-İsrail cütlüyünün sərt tənqid edib və "İran xalqı bu anı heç vaxt unutmayacaq", - deyə bildirib.

Tahir Şəlvəli

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA