Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib

img

19-02-2026 [18:26]


Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqam oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya və Qazaxıstanın Baş Prokurorluqları tərəfindən təmin edilib.

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlunun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiyada, Natiq Əhmədov isə Qazaxıstanda saxlanılıb.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA