Köməkçi deputatın onu döydürmədiyini deyir

img

19-02-2026 [14:32]


Son günlər deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadəni atası, sabiq millət vəkili Fəzail Ağamalının yas mərasimində mühafizəçilərinə döydürməsi ilə bağlı məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün deputatın köməkçisi Pərviz Mirizadə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib.

Qeyd edək ki, G.Ağamalı da  sözügedən xəbəri təkzib edib: “Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA