Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir

Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir

İDMAN

19.02.2026, 17:50

Super Liqanın 23-cü həftəsində bazar günü "Göztepe"ni qəbul edəcək "Beşiktaş"da hazırlıqlar davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sergen Yalçın start heyəti müəyyənləşdirməyə başlayıb.

Beşiktaşın qapıçısı Ersin Destanoğlu olacaq.

Amir Murillo müdafiənin sağ cinahında, Rıdvan Yılmaz isə sol cinahda oynayacaq. Emmanuel Agbadu və Emirhan Topçunun mərkəz müdafiəçiləri olacağı gözlənilir.

Yarımmüdafiədə Ndidi - Orkun - Olaitan mərkəzi gözlənilir.

 Vaclav Cerny sağ cinahda, Milot Rashica isə sol cinahda oynayacaq.

Hücumda isə Hyeon-Gyu Oh ilə qol vurmağa çalışacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR