Şəhid Nail Dənziyev dəfn edilib

img

19-02-2026 [15:01]


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn edilib.

Məlumata görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib.

Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

N.Dənziyev doğulduğu kənddə dəfn ediləcək/Report.

Allah rəhmət eləsin!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA