Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"

img

19-02-2026 [17:31]


"Beşiktaş"ın yeni transferi Kristjan Asllani Albaniya mətbuatına müsahibə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Asllani, "Beşiktaş" ilə bağlı ümidverici açıqlamalar verib.

O, açıqlamalarında bildirib: "Mən bura icarəyə gəldim, amma daimi qalmaq istəyirəm. "Beşiktaş" çox böyük klubdur və həmişə çempionluq üçün oynayır. Mən də çempionluğu qazanmaq istəyirəm. "Beşiktaş"ın möhtəşəm azarkeşləri var. Bu, futbolçunun arzuladığı hər şeyə sahib bir klubdur. Sergen Yalçının məndən gözləntilərini bilirəm. "Beşiktaş"a çox faydalı olacağımı və burada böyük uğurlar qazanacağımı hiss edirəm."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA