Orxan Lökbatanlı: "Belə bir adamı Allaha tapşırıram"

img

19-02-2026 [10:35]


Meyxanaçı Orxan Lökbatanlı haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib. Ötən gecə sosial şəbəkələrdə onun vəfat etməsi ilə bağlı məlumatlar paylaşılıb. Bu xəbərlər ifaçının yaxınları və pərəstişkarları arasında narahatlığa səbəb olub.

Mia.az milli.az-a istinadla xəbər verir ki, söz ustadı yayılan iddiaların əsassız olduğunu çəkdiyi video müraciətlə təsdiqləyib.

O, yalan məlumat yayan şəxsi sərt şəkildə tənqid edərək bu hərəkətin yolverilməz olduğunu vurğulayıb. Meyxanaçı xüsusilə müqəddəs Ramazan ayının başladığı ərəfədə belə bir addımın atılmasını vicdansızlıq adlandırıb.

Orxan Lökbatanlı hadisə ilə bağlı hisslərini bu sözlərlə ifadə edib: "Hansısa vicdansız, ona azərbaycanlı demək olmaz. O elə azərbaycanlı düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır, amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək... Belə bir adamı Allaha tapşırıram".

Sənətçi hazırda səhhətinin qaydasında olduğunu və fəaliyyətinə davam etdiyini bildirib. Yanlış informasiya yayan platformalar və şəxslərlə bağlı hüquqi müstəvidə addım atılıb-atılmayacağı hələlik məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA