Maşında 15 yaşlı qızla insi əlaqədə olan 24 yaşlı şəxs saxlanıldı - İsmayıllıda...

Maşında 15 yaşlı qızla insi əlaqədə olan 24 yaşlı şəxs saxlanıldı - İsmayıllıda...

KRİMİNAL

14.02.2026, 12:15

İsmayıllıda 15 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olunub.

Məlumata görə, İsmayıllı şəhər sakini olan 24 yaşlı Babək Muradov zərərçəkənin 15 yaşı olduğunu və orta məktəbin 11-ci sinfində təhsil aldığını bildiyi halda onunla müxtəlif vaxtlarda ümumilikdə 5 dəfə cinsi əlaqədə olub.

Bu hadisələrin 2-si İvanovka kəndindəki kirayə evdə, 3-ü isə Talıstan kəndindəki meşədə avtomobildə baş verib. Təqsirləndirilən Babək Muradov və zərərçəkən könüllü şəkildə cinsi əlaqədə olduqlarını bildiriblər.

Sonuncu dəfə meşədə avtomobildə cinsi əlaqədə olarkən cütlük polis əməkdaşları tərəfindən saxlanılıb. B.Muradov barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

İsmayıllı rayon Məhkəməsinin qərarı ilə o, 1 il 5 ay 28 gün müddətinə həbs edilib/Lent.az.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR