Türkiyənin 8 şəhərində “Bayqaralar”a qarşı əməliyyat – 300 nəfərə yaxın kriminal şəxs saxlanıldı

Türkiyənin 8 şəhərində “Bayqaralar”a qarşı əməliyyat – 300 nəfərə yaxın kriminal şəxs saxlanıldı 

KRİMİNAL

14.04.2026, 00:05

Türkiyəni Adana şəhərində mərkəzləşmiş və 8 şəhərə nüfuz edən "Bayqaralar" mütəşəkkil cinayətkarlıq təşkilatına qarşı nəhəng əməliyyat keçirilib.
Mia.az Türkiyə mediasına istiandla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda Yunanıstanda həbsdə olan Ramazan Bayqaranın rəhbərlik etdiyi dəstəyə qarşı "cinayət törətmək məqsədiylə qanunsuz təşkilat yaratmaq", "qəsdən adam öldürmə", "narkotik qaçaqmalçılığı", "əmlaka zərər vurma" və sar maddələrlə 299 nəfərə qarşı Adana, İzmir, Mersin, Konya, Antalya, İstanbul, Şanlıurfa və Tekirdağda eynu anda əməliyyat düyməsi basılıb: “Əməliyyatla şübhəlilərdən 287-si qandallansa da, 12 nəfər yayına bilib. Hazırda onların axtarışı davam edir”
Məlumatda deyilir ki, axtarışlar zamanı saxlanlanlardan 1 əl qumbarası, 4 AK-47 avtomatı, 2 avtomatik tapança, 16 tapança, 2 ov tüfəngi, 25 maqazin və 1128 patron müsadirə edilib: “Bundan əlavə, 39.733 narkotik həbi, 72,5 qram marixuana, 45.000 avro və 33.735 türk lirəsi, aşkarlanaraq götürülüb”
Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR