Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub

img

12-02-2026 [21:17]


Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) direktoru  İbrahim Kalın Liviyaya səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, paytaxt Tripolidə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.

Məlumata görə, görüşdə hər iki ölkəni narahat edən məsələlər, eləcə də son yerli və regional proseslər müzakirə olunub.

İbrahim Kalın Türkiyənin Liviyaya hərtərəfli dəstəyini bir daha ifadə edib.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA