Aqil Abbas jurnalistin sualını belə cavablandırdı: “Mən onun səviyyəsində deyiləm"

Aqil Abbas jurnalistin sualını belə cavablandırdı: “Mən onun səviyyəsində deyiləm\"

SİYASƏT

Bugün, 13:37

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə səsləndirdiyi “İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi “şah”, Şuşaya gəldi “mat”... Bu böyük siyasətdir. Biz fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun” fikirləri maraqla qarşılanıb.

Çıxışında dediyi ifadələrdən sonra mədəniyyət sahəsinin inkişafında mövcud olan çatışmazlıqlar müzakirə mövzusunda çevrilib.

Mia.az xəbər verir ki, Pravda.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Fərhad Bədəlbəyli çox böyük bir sənətkardır. Deputat bildirib ki, onun sözünün üzərinə söz deyə bilməz: “Mən onun səviyyəsində deyiləm. O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pionoçudur, musiqişünasdır. Nə deyirsə, düz deyir”.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR