İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyat təcrübəsinə dair təqdimat keçirilib
06-02-2026 [21:48]
Azərbaycanlı iqtisadçı alim Firdovsi Fikrətzadə İngiltərənin Nottingham Universitetindən "qonaq tədqiqatçı" qismində aldığı dəvət əsasında ötən ilin dekabr ayından bu Universitetdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı tədqiqat aparır.
Özünün sosial şəbəkə hesabında verdiyi məlumata görə, alim fevralın 5-də tədqiqatın ilkin nəticələri əsasında uğurlu təqdimat keçirib.
F. Fikrətzadə bildirir ki, dünya universitetləri reytinqində ilk yüzlükdə, İngiltərədə isə 20 ən güclü universitetlər sırasında olan Nottingham Universitetinin tədqiqat mərkəzlərindən birində (Global Centre for Banking and Financial Innovation, GCBFI) Universitetin alimləri ilə birgə aparılan tədqiqatın mövzusu Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, bu kontekstdə də kənd təsərrüfatı maliyyəsi sisteminə fintexlərin tətbiqi məsələləri ilə bağlıdır və konkret olaraq "Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı: siyasət təşəbbüsləri, nailiyyətlər və kənd təsərrüfatı maliyyəsi üzrə çağırışlar" adlanır.
Təqdimatın birinci hissəsində Azərbaycanla bağlı qısa məlumat verildikdən sonra ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı və elektron hökumətlə bağlı siyasət və strategiya çərçivələrinin, yəni bu istiqamətdə qəbul edilən siyasət sənədlərinin qısa icmalı verilib, daha sonra bu siyasətin nəticələrini xarakterizə edən nailiyyətlər makro səviyyədə 3 istiqamətdə qruplaşdırılıb.
Birinci istiqamət üzrə ölkədə rəqəmsal həllərin geniş tətbiqinə əsaslanan elektron hökumət infrastrukturunun inkişafı, ASAN xidmət təcrübəsi, 945 dövlət xidmətinin elektronlaşdırılması, xidmətlərin çevikliyi, şəffaflığı və vətəndaş məmnunluğu və s. barədə nəticələr təqdim edilib.
İkinci istiqamət üzrə ölkədə İKT infrastrukturunun inkişafı əsas indikatorlar sadalanıb – ev təsərrüfatlarının 90 %-dən çoxunun internetə çıxışı, təqribən 80 %-də kompüterin, 95 %-də mobil telefonun olması və s. dünya göstəriciləri ilə müqayisədə kifayət qədər məqbul sayılan məlumatlar kimi xarakterizə olunub.
Üçüncü istiqamət üzrə rəqəmsal ödənişlərlə bağlı infrastrukturun inkişafı hesabına 2018-2025-ci illər ərzində bank hesablarının sayında, bank kartlarının sayında, bank kartları ilə aparılan əməliyyatların sayında və həcmində, elektron bank əməliyyatlarının və nağdsız ödənişlərin sayında və həcmində olan dəfələrlə artım göstəriciləri nümayiş etdirilib.
F. Fikrətzadə bildirir ki, Universitetdə aparılan tədqiqat çərçivəsində əsas fokus kənd təsərrüfatının maliyyəsi sistemində müasir maliyyə alətlərinin (fintexlərin) tətbiqinə yönəlib. Bununla bağlı təqdimatda üç əsas nailiyyət və bir mühüm çağırış vurğulanıb.
Əsas nailiyyətlər kimi qeyd olunub ki, hazırda I) aqrar sahə üzrə subsidiya siyasəti bütövlükdə e-agro (EKTİS) üzərindən həyata keçirilir; II) fermerlərə subsidiya ödənişləri bütünlüklə bank (fermer) kartları vasitəsilə edilir; III) fermerlər subsidiyanın yalnız 25 %-ni nağdlaşdıra bilərlər, qalan 75 % vəsait elektron ticarət platforması vasitəsilə, yəni nağdsız qaydada gübrə, pestisid, toxum və s. alışına sərf oluna bilər.
Bununla belə, hazırda kənd təsərrüfatı sahəsinin bütövlükdə vergidən azad olması kimi bir unikal müsbət təcrübə, bu sahəyə göstərilən mühüm dövlət dəstəyi, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarəti üzrə şəffaf qeydiyyatın və uçotun təmin olunması, o cümlədən də vergi inzibatçılığı baxımından problem yaradır. Məlum olduğu kimi, fermerlər vergilərdən azad olduqları üçün onların heç bir vergi bəyannaməsi və ya satış sənədləşməsi öhdəliyi də yoxdur. Bununla da I) tədarükçülər kənd təsərrüfatı məhsullarının alışı ilə bağlı xərcləri rəsmiləşdirməkdə çətinlik çəkirlər; II) vergi inzibatçılığının tətbiqində, o cümlədən bu inzibatçılığın son məqsədi olan vergi yığımlarında çətinlik yaranır; III) həmçinin fermerlərin kredit reytinqi baxımından mühüm məsələ olan maliyyə tarixçəsi yaranmır.
F. Fikrətzadə qeyd edir ki, tədqiqat mövzusu da məhz bu problemə, yəni vergi azadolmaları şəraitində kənd təsərrüfatı məhsullarının satışında uçotun-qeydiyyatın yaradılması mexanizminin tətbiqinə yönəlib. O bununla bağlı bildirir ki, hazırda bütövlükdə kənd təsərrüfatı maliyyəsi sisteminin inkişafı, xüsusilə də fermerlərin və kənd yerlərinin maliyyəyə çıxışının yaxşılaşdırılması baxımından fintexlərin mühüm rolu tədqiqatçılar tərəfindən vurğulanır. Həmçinin bununla bağlı həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə maraqlı mexanizmlər və platformalar mövcuddur. Tədqiqat çərçivəsində xüsusilə Hindistan, İndoneziya, Böyük Britaniya, Keniya, Nigeriya, ABŞ və Türkiyə təcrübələri geniş araşdırılır.
Qısa olaraq araşdırma onu göstərir ki, Azərbaycanda da kənd təsərrüfatı məhsulları üzrə ticarətin fintex platforması tətbiq edilməklə aparılması hər cəhətdən əlverişli ola bilər. İlk növbədə, kənd təsərrüfatı məhsullarını tədarük edən bütün biznes subyektlərinin məhsul alışı xərcləri avtomatik rəsmiləşmiş olar. Həmçinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi də şəffaflaşmış olar.
Yəni, fermerlərin vergidən azad olunmasının vergi inzibatçılığında problemlər yaratması bu güzəşt davam etməklə fintexlərin tətbiqi hesabına aradan qaldırılmış olar.
Ən əsas məsələlərdən biri də budur ki, fermerlərin satışlarına görə elektron maliyyə tarixçəsi yaranar ki, bu da onların kredit alma imkanlarını artırar.
Tədqiqat başa çatdıqdan sonra əsas, yəni praktiki nəticələr ilə bağlı aidiyyəti dövlət orqanlarına ətraflı təqdimat ediləcək(Report).
Qeyd edək ki, tədbirdə F. Fikrətzadə ilə bərabər Universitetin alimləri də mövzunun konseptual çərçivələri, tədqiqat metodologiyasının təkmilləşdirilməsi, bu tədqiqat mövzusunun Azərbaycan təcrübəsi əsasında daha geniş formada və digər ölkələri də əhatə etməklə aparılması məqsədilə Universitetin müvafiq tədqiqat mərkəzinin fəaliyyət planına daxil edilməsi ilə bağlı təqdimatlar ediblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında