"Azərpoçt”un maşını qəza törətdi

"Azərpoçt”un maşını qəza törətdi

KRİMİNAL

28.01.2026, 21:56

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, “Azərpoçt”a məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisədə xəsarət alan sürücü rayon xəstəxanasına aparılıb/Qafqazinfo.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR