"Yayılan dezinformasiyalar insanların mediaya olan inamını ciddi şəkildə sarsıdır"

img

21-01-2026 [12:12]


"Dezinformasiyalar Azərbaycanda mediaya güvəni sarsıdır".

Mia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq media təcrübəsində saxta xəbərlər sayəsində ictimai etimad azalır: "Yayılan dezinformasiyalar insanların mediaya olan inamını ciddi şəkildə sarsıdır. Buna qarşı hərəkətə keçmək artıq zəruridir. Həm beynəlxalq mediada, həm də ölkəmizdə dezinformasiya ilə mübarizə istiqamətində çoxsaylı addımlar atılır, müəyyən forumlar təşkil edilir".

N.Məmmədli bildirib ki, Azərbaycanda dezinformasiya ilə mübarizədə həm parlament komissiyası səviyyəsində, həm də müxtəlif dövlət orqanlarının səlahiyyəti çəçivəsində mübarizə mexanizmi artıq formalaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA