İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib

img

14-01-2026 [09:59]


İranda iqtisadi problemlər üzündən başlayan etirazlar 17 gündür davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin demək olar bütün iri şəhərlərində davam edən nümayişlərdə qan tökülür.

Son məlumata görə, nümayişlərdə ölənlərin sayı 2550-yə çatıb.

ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, indiyədək aksiyalarda 1134 nəfərin yaralanıb, 18434 nəfər isə tutulub: "Ölənlərdən 2403-ü etirazçı, 147-si isə təhlükəsizlik qüvvələrinin üzvü olub. Saxlanılanların sayı 18434-ə çatıb".

Xatırladaq ki, dünən İran Məhkəmə Tibb Ekspertiazasının rəhbəri Abbas Məscidi Arani İran dövlət Televeziyasına açıqlamasında ölənlərin sayının 2 min nəfəri ötdüyünü açıqlamışdı. O bildirmişdi ki,  ölən etirazçıların əksəriyyəti iti əşyalarla vurulub: "Bir çoxları isə çox yaxın məsafədən ov tüfəngləri ilə vurulub. Bunları törədən silahlı terrorçular olub..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA