İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
14-01-2026 [11:01]
İranın gələcəyi ilə bağlı müzakirələr artıq yalnız Tehran daxilində aparılmır. “İran sonrası” ssenarilər, xüsusən də federalizm mövzusu, birbaşa Türk dünyasının geosiyasi balansını ilgiləndirir. Çünki İran təkcə farslardan ibarət deyil.
Bu ölkədə milyonlarla Azərbaycan, türkmən, qaşqay, Xorasan türkü yaşayır və onların statusu dəyişmədən İranın sabitləşməsi mümkün deyil. Ötən yazımda İranda Yuqoslaviya variantının perspektivlərinə nəzər salmışdım. Bu dəfə isə başqa modellərə diqqət edəcəyik.
İran federallaşarsa, bu proses Türkiyə və Türk dünyası üçün nə deməkdir? Bu suala cavab verməyə çalışacağıq.
Federalizm parçalanma yox, idarə olunan dəyişiklik deməkdir. Bu dövlət modeli çox vaxt yanlış şəkildə “dövlətin zəifləməsi” kimi təqdim olunur. Halbuki dünya təcrübəsi göstərir ki, çoxmillətli ölkələr ya federallaşaraq yaşayır, ya da mərkəzçilik ucbatından dağılma riski ilə üzləşir.
İran üçün federalizm vahid dövlət çərçivəsində mərkəzlə bölgələr arasında real səlahiyyət bölgüsü, etnik kimliklərin təhlükəsizlik problemi yox, hüquqi reallıq kimi tanınması, zorakılığın yerini konstitusion mexanizmlərin alması deməkdir.
Bu modelin işlədiyi ölkələr var: Almaniya, İsveçrə, Kanada. Heç biri federallaşdığı üçün parçalanmayıb. Əksinə, daxili gərginlikləri idarəolunan hala gətirib.
İran daxilində ən böyük və siyasi baxımdan ən həssas türk toplumu Güney Azərbaycan türkləridir. Onlar nə monarxiyanı, nə teokratiyanı qəbul ediblər. Çünki hər iki model fars-mərkəzli olub və türk kimliyini sistemli şəkildə inkar edib.
Federal İran ssenarisində Güney Azərbaycan ana dilində təhsil, regional parlament, yerli iqtisadi resurslara nəzarət kimi tələbləri vahid dövlət daxilində gündəmə gətirə bilər.
Bu, Türkiyə üçün də kritikdir. Çünki Güney Azərbaycan üzərindən Türkiyə–Qafqaz–Xəzər–Orta Asiya xəttində əlaqələr təhlükəsizlik riski yox, hüquqi və iqtisadi əməkdaşlıq müstəvisinə keçə bilər.
Çox vaxt diqqətdən qaçan, amma strateji baxımdan vacib bir məsələ də var: İran Türkmənləri. Onlar Xəzərin şərqində, Türkmənistanla birbaşa əlaqə xəttində yerləşirlər.
Federal model İran türkmənlərinə mədəni və siyasi subyekt statusu verə, Aşqabad–Tehran münasibətlərini ideoloji gərginlikdən çıxarıb regional əməkdaşlığa çevirə, Xəzər hövzəsində sabitliyi gücləndirə bilər.
Bu, Türkiyənin Türkistanla əlaqələri baxımından da strateji üstünlük deməkdir. Federallaşmış, amma fars-mərkəzli İranı təsəvvür edirsizmi? Ancaq bir məqamı romantikləşdirmək olmaz. İran federallaşsa belə, fars-mərkəzli siyasi reflekslər avtomatik yox olmayacaq. Tehran Türk dünyasının inteqrasiyasına şübhə ilə yanaşmağa, Türkiyənin regional rolunu balanslaşdırmağa, türk bölgələrini “xarici təsir kanalı” kimi görməyə davam edə bilər.
Yəni federallaşma avtomatik olaraq “Türk dünyasına dost İran” yaratmır. Amma daha önəmli bir dəyişiklik gətirir: İranı proqnozlaşdırılan və hüquqi çərçivəyə salınmış aktora çevirir.
Bəs konfederasiya nə vaxt gündəmə gələr? Əgər federalizm formal qalarsa, real səlahiyyət bölgüsü baş verməzsə, etimadsızlıq davam edərsə, o zaman konfederasiya müzakirəsi qaçılmaz olar. Bu model vahid dövlətin faktiki zəiflədiyi, bölgələrin suverenliyə yaxın status qazandığı, mərkəzin yalnız koordinasiya rolunda qaldığı
bir quruluşdur.
Tarix göstərir ki, konfederasiya adətən ilk seçim deyil, son nəticədir. ABŞ bunu XVIII əsrdə yaşadı, Avropa İttifaqı isə bu gün konfederativ məntiqə yaxın bir strukturla işləyir.
Türkiyə və Türk dünyası üçün əsas sual İranın federallaşıb-federallaşmaması deyil. Əsas sual budur: İran türk kimliyini real siyasi subyekt kimi qəbul edəcəkmi?
Əgər cavab “bəli” olarsa regional sabitlik güclənər, Türkiyə–Türk dünyası əlaqələri genişlənər, İran daxili münaqişə mənbəyi olmaqdan çıxar.
Əgər cavab yenə qeyri-müəyyən qalarsa, federalizm sadəcə vaxt udmaq vasitəsinə çevrilər və daha sərt ssenarilər gündəmə gələr.
Bu baxımdan İranın gələcəyi təkcə Tehranın yox, Ankaranın da diqqətlə izləməli olduğu strateji prosesdir. Çünki bu prosesin nəticəsi İran türkləri, xüsusən Güney Azərbaycan üzərindən bütün Türk dünyasına təsir edəcək.
Elbəyi Həsənli. Sürix
Mia.az
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib