İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...

img

13-01-2026 [15:57]


İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur.

Mia.az TRTHaber-ə istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı adı çəkilməyən İran rəsmisi açıqlayıb.

O, qətliamı təhlükəsizlik qüvvələrinin deyil, ölkəyə soxulmuş terrorçuların törətdiyini iddia edib: "İrandakı etirazlarda təxminən 2000 nəfər ölüb. Bəli, mülki şəxslər və təhlükəsizlik işçilərinin ölümünü aksiyaçıların arasına soxulmuş terrorçuları həyata keçiriblər".

İran Məhkəmə Tibb Ekspertiazasının rəhbəri Abbas Məscidi Arani də İran dövlət Televeziyasına açıqlamasında bu iddianı təkrarlayıb.

O bildirib ki, ölən etirazçıların əksəriyyəti iti əşyalarla vurulub: "Bir çoxları isə çox yaxın məsafədən ov tüfəngləri ilə vurulub. Bunları törədən silahlı terrorçular olub..."

Arani iddia edib ki, öyrədilmiş bəzi terrorçu ünsürlər odlu və soyuq silahla nümayişçilərin arasına sızaraq, qarışıq anlarda  etirazçıların həyati orqanlarına zərbələr endiriblər.

Yeri gəlmişkən, ABŞ-da yerləşən İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) bu gün səhər etiraz aksiyalarında 646 nəfərin öldüyünü açıqlamışdı.

Bəzi iddialara görə isə ölənlərin sayı 2 mindən qat-qat çoxdur.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA