"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır

img

12-01-2026 [00:55]


İtaliyanın "İnter" klubu Türkiyə millisinin də üzvü olan Hakan Çalhanoğlu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Hakan Çalhanoğlu ilə müqavilə müddətini 2029-cu ilə qədər uzatmaq istəyir.

Məlumata əsasən, Hakan da "İnter"də xoşbəxt olduğunu və yeni müqaviləni imzalamağa hazır olduğu gizlətməyib: "Tərəflər yaxın günlərdə yeni müqaviləyə imza atacaqlar"

Xəbərdə o da deyilir ki, Hakan Çalhanoğlunun hazırkı bazar dəyəri 22 milyon avrodur. O, bu mövsüm 21 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA