Arzu Əliyeva və Alena Əliyeva Reabilitasiya Müəssisəsini ziyarət ediblər - FOTO

img

10-01-2026 [12:15]


Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.

Mia.az xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər. Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər.

Sonra birlikdə xatirə şəkli çəkdirilib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA