Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"

img

09-01-2026 [21:16]


Hələbdə kürd silahlılarının bir çatı altında birləşdyi YPG ilə toqquşmaların şiddətləndiyi bir məqamda  Suriya prezidenti Əhməd əl-Şara gözlənilmədən İraq Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə telefon əlaqəsi saxlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər Hələbdəki və digər bölgələrdəki kürd silahlı qüvvələrinin mərəzi hakimiyyətə tabeçilik məsələsi ətrafında müzakirə apaırblar.

Məlumata görə, Şara Bərzaniyə kürdlərin gələcəyi barədə vəd verib: "Kürdlər Suriyanın ayrılmaz hissəsidir. Biz onların bütün milli, siyasi və vətəndaş hüquqlarını təmin etməyə sadiqik. Kürdlərin bütün haqq və hüquqları təminatımız altında olacaq". 

Xəbərdə deyilir ki, tərəflər gələcəkdə təmas halında olmağa, yaranan problemlərin həllində koordinasiyalı davranmaq istiqamətində razılaşıblar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA