İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir

img

11-01-2026 [22:13]


Sabah gözləniən güclü qarla bağlı İstanbulda orta məktəblər, baxçalar, özəl kurslar bağlanacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib.

Qərarda deyilir ki,meteoroloji məlumatlara görə, sabah şəhərdə əlverişsiz hava şəraiti gözlənilir: "Bu səbəbdən bütün rəsmi və özəl məktəblər, dövlət təhsil mərkəzləri, təhsili müəssisələri, fərdi repetitorluq kursları, avtomobil sürücüsü hazırlığı kursları, müxtəlif kurslar, xüsusi təhsil və reabilitasiya mərkəzləri, təlim və digər kurslar 12 yanvar 2026-cı il tarixində fəaliyyət göstərməyəcək"

Xatırladaq ki, sabah İstanbulda güclü qar proqnozu veirlib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA