Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?

img

10-01-2026 [20:10]


Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.

Mia.az xəbər veirr ki, Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında yaradılan vahid Riyaziyyat İnstitutunda heç bir rəhbər vəzifəyə təyin olunmayıb.

O, bir həftədir vəzifəsiz qalsa da, İdarəetmə Sistemləri İnstitutuna gedib-gəlir.

Məlumata görə, qarşıdakı günlərdə akademik Əli Abbasov süni intellektin nəzəri və tətbiqi sahəsində yaradılacaq vəzifədə fəalliyyətə başlayacaq.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini itirib/qaynarinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA