Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
10-01-2026 [17:46]
Bakıda sakinlər yeni yol infrastrukturunun təşkili ilə əlaqədar hərəkət çətinliyi yaşayırlar.
Bu şikayətlə bağlı “Qafqazinfo”ya Binəqədi rayonu, 7 mikrorayon, Abay Kunanbayev küçəsinin bir qrup sakini müraciət edib.
Onların sözlərinə görə, artıq bir aydan çoxdur ki, həmin ərazidə yerləşən yeraltı tunel tamamilə bağlanıb: “Çinarlı Park” yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işləri, tunelin inşa olunması çox gözəl addımdır. Bağlanan tunel isə ərazi sakinləri üçün faktiki olaraq “dünyaya çıxış” rolunu oynayırdı. Bütün marşrut dayanacaqları məhz oradadır. İndi biz aptekə belə getmək üçün taksidən istifadə etmək məcburiyyətində qalırıq”.
Vətəndaşlar deyir ki, tunelin bağlanması səbəbindən onlar 1.3 km-dən çox əlavə məsafə qət etməyə məcbur qalır: “Bu isə sadəcə Dərnəgül metrostansiyasına çıxışı təmin edir. Ən yaxın məktəb, bağça, aptek, mağaza və digər müəssisələr isə 3 km məsafədə yerləşir. Alternativ göstərilən marşrut piyadaların hərəkəti üçün nəzərdə tutulmadığından nə təhlükəsizlik, nə də əlçatanlıq baxımından uyğun hesab edilə bilər. Bu, xüsusilə yaşlı sakinlər, şagirdlər, körpəsi olan ailələr və işə gedib-gələn əhali üçün ciddi narahatlıq yaradır.
Bu tunel uzun müddətdir ki, sakinlərin əsas yola təhlükəsiz və qısa məsafə ilə çıxışı üçün yeganə əlverişli keçid olub. Lakin hazırda həmin tunelin bağlanması və ətrafda alternativ avtomobil yolunun tikintisi ilə bağlı işlərin aparılması nəticəsində gündəlik hərəkətimiz çətinləşib. Qış mövsümündə, soyuq havada bu, xüsusilə çətinlik deməkdir. Üstəlik, alternativ yol qaranlıqdır, işıqlandırma yoxdur, yolun vəziyyəti isə olduqca bərbaddır”.
Alternativ yol kimi təqdim edilən küçədən çəkilən videonu saytımıza göndərən şikayətçilər qeyd ediblər ki, tikinti işlərinin nə vaxt bitəcəyi ilə bağlı məlumatlı deyillər. Onlar tikinti işləri başa çatanadək piyada tunelinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsi və ya ərazidə təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidinin yaradılmasını istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə AAYDA tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb: “Layihə çərçivəsində “Çinarlı Park” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin artıq söküntüsü aparılır. Ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşası üçün hazırlanır. İşlərin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. Ərazidə alternativ piyada yolu var, sadəcə keçidlə müqayisədə bir az məsafə baxımından uzundur.
Alternativ yolun qaranlıq və şəraitsiz olduğuna gəldikdə isə ümumiyyətlə, mövcud durum agentlik olaraq bizi də narahat edir. Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılacaq”.
Lamiyə Məmmədova
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - FOTOLAR
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib