Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"

img

12-01-2026 [00:16]


"Nümayişçilərin etirazlarını qulaqardına vurmuruq. Biz onların tələb və problemlərini həll etmək üçün səy göstərir, buna çalışırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İran dövlət televiziyasına müsahibəsində deyib.

Pezeşkian çıxışında bildirib ki, ölkənin düşmənlərinin iğtişaşları daha da şiddətləndirməyə çalışırlar: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib. Xaos yaradan və üsyan edənlər etiraz edən insanlar deyil. Biz normal və sivil formada olan etirazçıların səsini eşidir, dediyim kmi,  onların problemlərini həll etməyə çalışırıq. Lakin bu durumdan istifadə edən, xaos yaradanları da diqqətdən qaçırmırıq. Diqqət edin, ABŞ və İsrail onlara "Xaos yaradın, öldürün, biz də sizi izləyəcəyik" təlimatı verir. Və bunlar bunu edirlər. Xalqımızdan, hər bir ailədən xahiş edirəm ki, uşaqlarını iğtişaş yaradanlardan uzaq tutsunlar."

İran prezidenti iqtisadiyyatı yaxşılaşdırmaq üçün bəzi struktur islahatlarına da getdiklərini açıqlayıb. O bildiirb ki, yaxın gələcəkdə bunun bəhrəsini hər kəs görəcək: "Bizim vəzifəmiz insanların problemlərini həll etmək və onların narahatlıqlarını aradan qaldırmaqdır. Eyni zamanda, xaos yaradanların ölkədə sabitliyi pozmasına imkan verməməliyik" 

Yeri gəlmişkən, İrandakı aksiyalarda 500 nəfərə yaxın ölən var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA