Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı 

img

11-01-2026 [09:45]


İran hakimiyyəti vətəndaşları Tehranda baş verən iğtişaşlara etiraz etmək üçün küçələrə çıxmağa çağırıb. İslam İnkişafı Koordinasiya Şurası sakinləri mitinqə çağırıb.

Müraciəti İranın dövlət televiziyası olan IRIB yayıb.

Bəyanata görə, şura insanları ABŞ və İsrail agentlərinin terrorçu hərəkətlərini pisləmək üçün etiraz aksiyalarına çağırıb. Tədbirin 12 yanvar bazar ertəsi günü, Bakı vaxtı ilə saat 14:30-da Tehranın Ənqelab meydanında keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, İran Prezidenti Məsud Pezeşkian sabah xalqa müraciət edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA