Avstraliyada 15 nəfərin öldürüldüyü terror aktı... - Rəsmi Ankaradan bəyanat

Avstraliyada 15 nəfərin öldürüldüyü terror aktı... - Rəsmi Ankaradan bəyanat

DÜNYA

15.12.2025, 00:20

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avstraliyanın Sidney şəhərində Hanuka bayramı şənliklərində 15 nəfərin ölümü ilə bitən terror aktını kəskin pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Bəyanatda 15 nəfrin ölümü, 25 nəfərin isə yaralanma hadisəsi qətiyyətlə qınanılıb: "Avstraliyanın Sidney şəhərində Hanuka bayramı şənlikləri zamanı baş verən terror hücumunu qətiyyətlə qınayırıq. Hdaisə zamanı həyatını itirənlərin ailələrinə və Avstraliya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. 

Türkiyə olaraq, terrorizmin bütün formalarına və təzahürlərinə qarşı prinsipial mövqeyimizi bir daha təkrarlayırıq"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR