Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-11-2025 [00:00]
10 noyabr üçün:
Qoç - Hissləriniz sizi bu gün dərinliklərə çəkə bilər. Gün ərzində baş verən hadisələrə dərhal reaksiya vermək istəyə bilərsiniz, amma hər şeyin arxasında duran səbəbi anlamağa çalışın. İndiyədək cavabını vermədiyiniz bir sual içinizdə yenidən səslənə bilər.
Sağlamlıq: Baş və sinir sisteminə diqqət. Gərginlik hiss etdikdə nəfəs məşqləri edin.
Pul: Qısamüddətli təkliflər və maliyyə imkanları çıxacaq. Tələsmədən qərar verin.
Buğa - Emosional olaraq dərinləşirsiniz. Əqrəbdəki planet toplaşması münasibətlər evinizə işıq tutur. Qarşı tərəfdən gözlədiklərinizlə, öz gerçək ehtiyaclarınız üst-üstə düşmürsə, bu gün həqiqətlə üzləşməli olacaqsınız.
Sağlamlıq: Boğaz və maddələr mübadiləsi aktivdir. Sakitlik və doğru qidalanma önəmlidir.
Pul: Sabit gəlir üçün yeni struktur qurmaq vaxtıdır. Kiçik, amma real addımlar atın.
Əkizlər - Ay sizin bürcünüzdədir və bu sizə söz, fikir və ünsiyyət gücü verir. Lakin Əqrəb enerjisi sözlərinizin içində dərin mənalar axtarır. Bu gün ifadə etdiklərinizdən daha çox - susduqlarınız danışacaq. Duyğularınıza dil verməkdən qorxmayın.
Sağlamlıq: Tənəffüs yolları və sinir sisteminiz həssasdır. Yüngül fiziki fəaliyyət və musiqi faydalıdır.
Pul: Gözlənilməz gəlir və ya təklif gündəmə gələ bilər. Dəyərləndirin, amma analizsiz riskə getməyin.
Xərçəng - Qəlbiniz bu gün öz dərinliyinə çəkilir. Başqalarının sizi anlamamasına görə küsmək yox, onları da anlamğa çalışmaq vaxtıdır. Daxili uşaqla təmas, xatirələr, köhnə fotoşəkillər və yuxular sizi bu gün yönləndirə bilər.
Sağlamlıq: Həzm və limfa sisteminə diqqət. İsti su, rahat geyim və ev şəraitində istirahət faydalıdır.
Pul: Maliyyə sabitliyi mümkündür, lakin emosional alış-verişdən uzaq durun.
Şir - Duyğuların dərinləşməsi sizi bir az narahat edə bilər, çünki siz parıltını sevirsiniz, gizlini yox. Lakin bu gün həyat sizə daxildə gizli qalan bir duyğunu göstərmək istəyir. Əgər bu duyğunu qəbul etsəniz, şəxsiyyətiniz yeni bir mərhələyə keçə bilər.
Sağlamlıq: Ürək, bel və bel nahiyəsi aktivdir. Gərginlik varsa, isti duş və açıq hava faydalıdır.
Pul: Kreativ ideyalar üzə çıxa bilər. Qeydlər aparın və sabaha saxlayın.
Qız - Duyğular və düşüncələr bir-birinə qarışıb. Hər şeyə məntiq çərçivəsində baxmaq istəyirsiniz, amma bu gün hisslərin qaydasızlığını qəbul etməlisiniz. İşdə və ya ailədə birinin susqunluğu sizə çox şey danışacaq.
Sağlamlıq: Bağırsaqlar və sinirlər həssasdır. Qidalanmanı yüngülləşdirin.
Pul: Əgər detallara diqqət etsəniz, maddi uğur mümkündür. Büdcəyə yenidən baxın.
Tərəzi - Əqrəbdəki Venera sizi duyğusal dəyərlərlə, xüsusilə şəxsi münasibətlərdə, üz-üzə qoyur. Bu gün münasibətinizin dəyərini anlamaq və ya dəyişmək ehtiyacını duyacaqsınız. Əsl sevgi təkcə gözəllik yox, səmimiyyət də istəyir.
Sağlamlıq: Böyrəklər və dəri həssasdır. Bol su və təmiz hava kömək edəcək.
Pul: Estetik və incə işlərlə bağlı gəlir mümkündür. Lakin emosional xərclərdən çəkinin.
Əqrəb - Bu sizin fəsilinizdir, bu sizin günlərinizdir. Bu gün daxili enerjiniz artacaq. Lakin onu necə idarə etdiyiniz vacibdir. Qəzəblə yox, şəfqətlə. Ehtirasla yox, anlayışla. Özünüzü kəşf etdikcə, başqalarını da dəyişəcəksiniz.
Sağlamlıq: Hormonal sistem və emosional gərginlik aktivdir. Su, meditasiya və musiqi şəfa verəcək.
Pul: Maliyyə artımı mümkündür, lakin hər xərci niyyətlə yönəldin. Bədxərc olmayın.
Oxatan - Ruhunuz bu gün təklik istəyir. Bəlkə də heç kimlə danışmadan bir neçə saat keçirmək istəyəcəksiniz. Bu, pis əlamət deyil - bu, daxili təmizlənmədir. Yazın, dua edin, yuxularınıza fikir verin.
Sağlamlıq: Bud nahiyəsi və qaraciyər həssasdır. Təbiətlə təmas, sükut, meditasiya tövsiyə olunur.
Pul: Uzaqdan gələn gəlir və ya onlayn fəaliyyətlərdən müsbət nəticələr mümkündür.
Oğlaq - Bugünkü göy sanki sizə deyir: "Düşünməyi burax, hiss etməyə başla." Həyat sizdən rasional yox, emosional qərar istəyir. Bu gün bir insanla olan ünsiyyət sizə uzunmüddətli bir həqiqət göstərə bilər. Diqqətli olun.
Sağlamlıq: Sümük sistemi, dizlər və dəriniz həssasdır. Qidalanmada vitamin və dəmirə fikir verin.
Pul: Maliyyə sabitliyi mümkündür. Gələcək planları üçün təməl qoymaq vaxtıdır.
Dolça - Sözlər güclüdür, amma bu gün sükut daha çox danışır. Münasibətlərdə nəzarət və məsafə axtarmaq əvəzinə, yaxınlıq və anlayış təklif edin. İş həyatında yeni bir perspektiv sizi gözləyir. Düşüncələrinizlə cəsarətli olun.
Sağlamlıq: Sinir sistemi və damarlar aktivdir. Rahat ayaqqabı, təmiz hava və yüngül idman kömək edəcək.
Pul: Texnologiya və ideya əsaslı gəlirlər gündəmdədir. Plan qurun.
Balıqlar - Neptun və Saturn sizə daxili aydınlıq verir. Bu gün bir fikir, bir hiss və ya bir vizyon sizə istiqamət göstərə bilər. Yaradıcılıq üçün fövqəladə bir gündür. Əgər yazırsınızsa, rəsm çəkirsinizsə və ya musiqi ilə məşğulsunuzsa - ilham axacaq.
Sağlamlıq: Ayaqlar, limfa və ruh halı ön plandadır. Su ilə təmas, yüngül qidalanma faydalıdır.
Pul: Qeyri-adi gəlir yolları mümkündür. Amma niyyət saf və təmiz olmalıdır.
Günün yekunu:
10 noyabr 2025 - görünməyənlə görünənin qarşılaşdığı gündür. Sözlərin altında gizlənmiş sükut, baxışların içindəki sirr, qəlbinizin dərinliyindəki həqiqət bu gün açılmaq istəyir. Özünüzlə dürüst olun. Danışın, amma qışqırmayın. Susun, amma gizlətməyin. Sevin, amma həqiqətlə.
Çünki bu gün - daxili səssizliyin ən güclü cavab verdiyi gündür. Ulduzlar gözləyir ki, siz öz səsinizi eşidəsiniz.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)