Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb

Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb

DÜNYA

04.11.2025, 13:56

Pakistanda Ali Məhkəmə binasının zirzəmisində qaz balonunun partlaması nəticəsində 12 nəfər yaralanıb.

Məlumata görə, hadisə məhkəmə binasının zirzəmisində mərkəzi kondisioner sisteminin təmiri zamanı baş verib.

Bildirlib ki, yaralılar ən yaxın tibb müəssisələrinə çatdırılıblar.

Partlayış həm də məhkəmə əməkdaşları arasında təşviş yaradıb - güclü zərbə dalğası binanı silkələyib.

Partlayışın səbəbləri araşdırılır.

Hakimiyyət orqanlarının məlumatına görə, hadisənin baş verdiyi zirzəmi sahəsi Ali Məhkəmə əməkdaşları üçün xidməti kafe kimi istifadə olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR