Braziliyada narkotacirlərə qarşı silahlı əməliyyat: 64 nəfər ölüb - Onlardan 4-ü polisdir

img

29-10-2025 [10:08]


Braziliyada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata start verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk əməliyyat Rio-de-Janeyroda həyata keşirilib.

Məlumata görə, ölkə tarixində ən böyük əməliyyatı sayılan prosesə 2500 avtomat silahlı polis əməkdaşı, 32 zirehli texnika cəlb olunub: "Əməliyyat zamanı naroticarətin "qəlbi" sayılan şəhərdə atışma olub. Cinayətkar qruplar polislə atışmaya girib. Uzun atışmadan sonra 60 nəfər öldürülüb. 4 polis əməkdaşı da atışmada həyatını itirib. Ümumilikdə 64 nəfər ölüb" 

Polisin məlumatına görə, yüzdən çxo həbs edilən var: ""Rio-de-Janeyroda həyatı cəhənnəmə çevirən "Comando Vermelho" cinayətkar dəstəsi tamamilə yox ediləcək. Əməliyyat davam edir, hər yer axtarılır"

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA