Türkiyə-Liviya arasında tarixi anlaşma: Saziş xəritə ilə birgə təsdiqləndi

Türkiyə-Liviya arasında tarixi anlaşma: Saziş xəritə ilə birgə təsdiqləndi

DÜNYA

Bugün, 20:28

Liviya parlamenti (Nümayəndələr Palatası)  Türkiyə ilə Aralıq dnizi sərhədləri çərçivəsində imzaklanmış tarixi sazişi rəsmən təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi qəzetinin 17-ci sayında dərc olunmuş 2026-cı il tarixli 8 saylı Qanunla Türkiyə ilə Liviya Milli Razılıq Hökuməti arasında Aralıq dənizində dəniz zonalarının delimitasiyası ilə bağlı 2019-cu ildə imzalanmış anlaşma memorandumu qüvvəyə minib.

Məlumata görə, bununla da sazişlə əlaqdar  bütün rəsmi prosedurlar koordinatları dəqiq göstərilmiş xəritə ilə birgə tamamlanıb.

Məlumatda deyilir ki, Saziş 6 maddə və 2 əlavədən ibarətdir və Liviya ilə Türkiyə arasında kontinental şelf və müstəsna iqtisadi zona sərhədləri 36 fundamental coğrafi koordinat nöqtəsi əsasında müəyyən edilib: "Koordinat nöqtələrinin iki ölkənin sahilləri arasında bərabər bölünüb. Sazişmə əsasən, tərəflərdən biri müəyyən edilmiş koordinatlara təsir göstərə biləcək iqtisadi zona sərhədlərinin delimitasiyası ilə bağlı üçüncü ölkə ilə danışıqlara başlayarsa, digər tərəfi mütləq məlumatlandırmalıdır".

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR