“Ezel”dəki "Dayı"nı 12 il həbs gözləyir - "Xərac" kəsirmiş

img

03-10-2025 [16:40]


Türkiyənin məşhur "Ezel" serialındakı “Dayı” obrazı ilə tanınan aktyor Ufuk BayraktarI ağır cəza gözləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulda "reketlik" etməkdə, kriminal qaydalara uyğun olaraq iş adamlarına "xərac" kəsmək"də ittiham olunur.

Məlumata əsasən, Ufuk Bayraktar İstanbulun Beyoğlu səmtində yerləşən  restoranlardan birindən pul tələb etmək, quldurluq və sair maddələrlə yaxın günlərdə məhkəməyə çıxarılacaq: "Artıq onun barəsində ittiham elan edilib. İttiham aktında aktyora "birdən çox adamla iş yerini soymaq", "qanunsuz pul tələbetmə" cinayətləri üzrə 7,5 ildən 12 ilə qədər həbs cəzası istənilib".

Məlumata deyilir ki, hazırda şərti olaraq sərbəst buraxılmış "Dayı" elə ilk iclasda da həbs edilə bilər.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA