Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü

Türk futbolunda qumar -  Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü

İDMAN

27.02.2026, 20:08

Türkiyə futbolunda qumar/mərcləri istintaqı çərçivəsində həbs edilən futbolçu Metehan Baltacı, Mert Hakan Yandaş və "Fənərbağça"nın idarə heyətinin  üzvü Ersen Dikmen də daxil olmaqla 34 nəfərə qarşı ittiham irəli sürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktı təsdiqlənərsə, adıçəkilənlərlə yanaşı, 34 nəfərin hər birini 4 ildən 13 ilə qədər həbs cəzası gözləyəcək.

Məlumatda deyilir ki, onlar yaxın günlərdə məhkəməyə çıxarılacaqlar.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR