Gəncədə uşaq bağçasının dam örtüyü uçub

img

28-02-2026 [11:41]


Güclü külək nəticəsində Gəncə şəhər 46 saylı körpələr evi- uşaq bağçasının dam örtüyü uçub.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək səbəbindən həmçinin şəhərin müxtəlif ərazilərində fərdi yaşayış evlərinin də dam örtüyü uçub, evlərə zərər dəyib. Eyni zamanda bir neçə iri gövdəli ağac aşıb.

Küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumların əməkdaşları tərəfindən işlər davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA