Rusiya Ukraynada daha 4 yaşayış məntəqəsini ələ keçirib - Bir həftə içində

Rusiya Ukraynada daha 4 yaşayış məntəqəsini ələ keçirib - Bir həftə içində

DÜNYA

27.02.2026, 19:14

Rusiya ordusu Ukraynada yeni ərazilər ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir həftə ərzində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojjya və Donetsk vilayətlərindəki 4 yaşayış məntəqəsi nəzarətə götürülüb: "Xarkov bölgəsindəki Qrafskoye, Dnepropetrovsk bölgəsindəki Krasnoznamenka, Zaporojjya bölgəsindəki Rizdvyanka və Donetsk Xalq Respublikasında Karpovka yaşayış məntəqələri azad edilib".

Xatırladaq ki, Rusiya 24 fevral 2022-ci ildə Ukrayna ərazisinə hücum edəərk bəzi bölgələri işöal edib. Hazırda müharibə davam edir. 

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR