Azər Bağırov: "Qarabağ" - "Sabah" oyunu mənimçün adi oyunlardan biridir" - VİDEO

img

27-02-2026 [17:38]


"Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov bu gün "Sumqayıt " üzərində qələbədən sonra keçirilən mətbuat konfransında mia.az-ın əməkdaşının suallarını cavablandırıb. 

Baş məşqçi bildirib ki, bu günki oyunda futbolçuların əzmkarlığının xüsusi motivasiyası olub:

- "Sabah" son oyunda axırıncı dəqiqələrdə qol imkanlarını əldən verdik. Bəlkə də həmin oyundan sonra futbolçularda motivasiya yaranmışdı. Bir həftə boyunca uşaqlar o məsuliyyətin ağırlığını dərindən hiss etdilər və bu gün meydana həmin hisslərlə çıxdılar.

- Qarşıda daha bir maraqlı oyun var - "Qarabağ" - "Sabah" oyunu.  Mövsümün intriqalı oyunu hesab edilir. Çünki turnir cədvəlinin birinci və ikinci yerləri uğrunda böyük rəqabət var. Sizin bu oyunla bağlı fikirləriniz maraqlı olardı: sizcə, bu oyun intriqa ilə yanaşı, daha hansı maraqlı məqamları gündəmə gətirə bilər?

- Mən elə fikirləşmirəm. Məsələn, bizim də "Sabah"la oyunumuz maraqlı idi, yalnız son dəqiqələrdə qol buraxdıq. Mənim fikrimcə, bizim çempionatda keçirilən bütün oyunlarda intriqa var. Çempionatın sonuna yaxınlaşınca, oyunlar daha da maraqlı olur.

"Qarabağ" - "Sabah" oyunu birinci, ikinci yerə görə maraqlı gəlsə də, şəxsən mənimçün adi oyundu. Sadəcə, oturub izləyəcəyəm.

Zülfiyyə Mustafayeva 
Mia.az
Yevlax


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA