Şərhçi: "Möcüzə gözləyirdik, amma fəlakət yaşadıq"

img

08-09-2025 [09:50]


Futbol üzrə Türkiyə milli komandasının 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin E qrupunun ikinci oyununda Avropanın hazırkı çempionu İspaniyaya 6-0-lıq məğlubiyyəti şərhçi Nihat Kahveçini qəzəbləndiirb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyunla bağlı bədbin danışıb.

Şərhçi etiraf edib ki, oyundan möcüzə gözləyirmiş: "Möcüzə gözləyirdik, amma fəlakət yaşadıq. Təbii ki, İspaniya Avropa çempionudur, amma siz də 1/4 finalçısınız. Dörddəbir finala çıxan komanda ilə çempion arasında bu qədər fərq olarmı? Məni əsas yandıran budur".

Zülfiyyə 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA