“Meydan TV”nin əməkdaşlarına 8 maddə ilə ittiham verilib

img

28-08-2025 [17:45]


“Meydan TV” işi üzrə ibtidai istintaq yekunlaşıb.

Mia.az “Qafqazinfo”-ya istnadla xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 8 maddəsi ilə yekun ittiham elan olunub.

Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre və Ülviyyə Əli həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA