Çempionlar Liqası: pley-off mərhələsinin ilk oyunlarına start verilir

img

18-08-2025 [11:49]


Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilir.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, "Qarabağ" sabah Macarıstanın "Ferencvaros" komandası ilə üz-üzə gələcək.

"Fənərbağça" isə 20 avqustda Bakı vaxtilə saat 23:00-da Portuqaliyanın "Benfika" komandasını qəbul edəcək.

Beləliklə, sabah:

"Ferencvaros" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

"Red Star" (Serbiya) - "Pafos" (Yunan Kipr Administrasiyası)

"Reyncers" (Şotlandiya) - "Club Brugge" (Belçika)

20 avqust:

Bodo/Glimt (Norveç) - Şturm Qraz (Avstriya)

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

Bazel (İsveçrə) - Kopenhagen (Danimarka)

"Fənərbağça" - "Benfika" (Portuqaliya)

Oyunların cavab oyunları avqustun 26-27-də keçiriləcək.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA