Aktyorun üzərinə ağac aşdı, ölümcül xəsarət aldı - Hadisənin VİDEOsu 

img

18-08-2025 [00:37]


Türkiyədə gənc aktyor İbrahim Yıldızın gözlənilməz hadisəylə üzləşib.

Mia.az Türkiyə mediasna istinadla xəbər verir ki, İstanbulun Kartal rayonunda fırtına zamanı ağaclardan biri gənc aktyorun üstünə aşıb.

Yayılan videodan görünür ki, aktyor İbrahim Yıldız güclü küləyin aşırdığı ağacın altında qalıb. Onu ətrafdakı insanlar ağacın altından çıxrıblar.

27 yaşlı aktyor təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir: "O, reanimasiyadadır..."

Xatırladaq ki, Yıldız “Bir Zamanlar Kiprdə”, “Muhteşem Yüzyıl”, “Duy məni”, “Şimal Ulduzu”, “Tək Ürək” və başqa bir çox seriallarda uğurlu rollar alıb.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA