"Fənərbağça" Niko Yankoviç transferində geri addım atmağı fikirləşir

img

11-08-2025 [13:22]


"Fənərbağça" Xorvatiyanın "HNK Rijeka" komandasının futbolçusu Niko Yankoviçlə anlaşsa da, transferdən geri çəkilməyi düşünür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Niko Yankoviçlə anlaşan "Fənərbağça" klubu transferlə bağlı qərarını tam verə bilməyib.

Niko Yankoviç "HNK Rijeka" heyətində 111 oyunda 25 qol vurub və 14 məhsuldar ötürmə edib.

"Fənərbağça"nın transferi başa vuracağı təqdirdə futbolçunun başqa komandaya icarəyə veriləcəyi gözlənilir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA