Müğənni Xatirə İslam Alim Qasımovun qızına irad tutdu: "Bu qızdan nə istəyirsiniz?"

img

29-07-2025 [14:26]


"Avroviziya 2011" qalibi Nigar Camalın geyindiyi libası tənqid edənlər arasında Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova da olub.

Mia.az Axşam.az-a istinadla xcəbər verir ki, ifaçılar bir-birinin ünvanına tənqidi fikirlər səsləndiriblər. 

Nigarı müdafiə edənlər arasında isə müğənni Xatirə İslam yer alıb. Xatirə "@axsamaz" instaqram səhifəsində bununla bağlı yazıya şərh yazıb. 

Xatirə həmkarının ünvanına "Bu qızdan nə istəyirsiniz? Çox gözəldir və yaraşır, təbii ki, yalnız səhnədə. Ən çox onun obrazını bəyəndim" sözlərini bildirib. 

Qeyd edək ki, Nigar "Dream Fest" zamanı geyindiyi qara bodiyə görə onu tənqid edənlərə "Adi insanlar özlərini səhnə adamları ilə eyni tuturlarsa, bu, onlarda gözəl görünməz, normal deyil. Amma biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur" sözlərini söyləyib. 

F.Qasımova isə "@axsamaz" instaqram səhifəsində bu açıqlamaya şərh yazıb. Muğam ifaçısı "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır -  türk qardaşlarımız demişkən" deyə, Nigara şərh bildirib.

Daha sonra ifaçılar arasında qalmaqal böyüyüb və Nigar F.Qasımova haqqında tənqidi açıqlama verib.

MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR