MƏRKƏZİ SƏDRİ HƏBS EDİLDİ - Vəkilin şikayəti əsasında

img

29-07-2025 [14:07]


İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

Mia.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qıəbul olunub.

Qərara əsasən, Fikrət Cəfərliyə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

E.Əliyev F.Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətə cəlb olunmasını istəyib(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA