Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək? - Qərbin texnoloji monopoliyasına son qoyulur
29-07-2025 [16:01]
2023-cü ildə Türkiyə 5.5 milyard dollarlıq hərbi texnika ixrac edib. 2024-cü ildə bu göstərici 7 milyard dollara yüksəlib. Bu il isə hərbi ixracat 8 milyard dolları keçəcək. Rəsmi statistikaya görə Türkiyə dünyada silah ixracatı baxımından 11-ci yerdədir.
Bu, sadəcə xaricə satışdı. Türkiyənin daxili tələbatı da yerli silahlarla ödənilir. Yəni Türkiyə silah ehtiyacının 80 faizini daxili imkanlar hesabına həll edir. Bu da ən azı 15 milyard dollar deməkdir. Bu qədər vəsait ölkənin daxilində qalır.
Bu məsələdə ən önəmli olan bilirsiz nədir? Uzun müddət Qərb texnologiyası dünya bazarında dominantlıq edib. Müsəlman ölkələri isə həmin texnologiyanı almaq zorundaydı. Elə indi də elədir. Ancaq tendensiya dəyişir. Öncə Asiya ölkələri bu tilsimi sındırdı. İndi isə müsəlman ölkələri bu baxımdan xeyli irəli gediblər.
Heç şübhəsiz ki, bu işin başında Türkiyə dayanıb. Pakistan da bu sırada öndədir. İran da texnoloji baxımdan Qərbin əhatəsindən çıxmaq üçün nələrsə etməyə çalışır. Dünyada mövcud olan 51 müsəlman ölkəsindən 3-ü bu baxımdan diqqət çəkir. Digərləri isə 100 il əvvəl olduğu kimi Qərb texnologiyasını idxal edirlər. Bu isə o deməkdir ki, müsəlman ölkələrinin bütün varını-yoxunu yığıb texnologiya müqabilində Qərbə verirlər. Qərb isə əldə etdiyi vəsaitə istinadən əlində olan texnologiyanı daha da inkişaf etdirir.
Türkiyə bu tilsimi qırır. Özü də son dərəcə uğurlu şəkildə. Əlbəttə, Türkiyə bunu Ərdoğan iqtidarından öncə də edə bilərdi. Ancaq kollektiv Qərb Türkiyəni çağdaş texnologiyadan uzaq tutmaq üçün mümkün olan və olmayan hər şeyi edib. İndi də Türkiyənin texnoloji inqilaba gedən yolunu kəsmək üçün araya Çin səddi çəkməyə çalışır. Lakin prosesin geridönməz xarakter alıb.
Belə bir fonda Pakistan-Türkiyə əlaqəsi və bu ölkələr arasında genişlənən hərbi ittifaq Cənubi Asiyada diqqətlə izlənir. Türkiyə Hindistanın Kəşmirdəki əməliyyatlarını pisləyən Pakistanın yeganə Qərb müttəfiqi kimi özünü göstərir. Bir çox Körfəz ölkələri Pakistanı dəstəkləməkdən çəkinsələr də, Hindistana daha çox rəğbət bəsləsələr də, hətta Qərb dövlətləri də Yeni Dehliyə qarşı neytrallıq və ya həssaslıq nümayiş etdirdikdə Türkiyənin Pakistan ilə sarsılmaz həmrəyliyi ortada ciddi fərq yaratdı.
Bir çox ekspertin fikrincə, ortaq İslam bağı və kimliyi Türkiyə ilə Pakistan arasında möhkəm tərəfdaşlığın təməlində dayanır. Tarixən Moğol və Osmanlı imperiyaları arasında dostluq əlaqələri vardı. Bu əlaqələr də bu günə təsir edir.
Soyuq Müharibə dövründə Türkiyə və Pakistan Mərkəzi Müqavilə Təşkilatı (CENTO, 1955-1979) və İnkişaf Naminə Regional Əməkdaşlıq Təşkilatı (RCD, 1964-cü ildə yaradılmış) çərçivəsində müttəfiq olublar. İki ölkən böhran zamanlarında demək olar ki, həmişə bir-birini dəstəkləyib. Məsələn, Pakistan Türkiyənin Yunanıstana qarşı Kiprlə bağlı iddialarını qahmar çıxıb və indi Ankara Kəşmir məsələsində Pakistana dəstək verməklə sanki buna qarşılıq verir. 1964-cü ildə və yenə 1971-ci ildə Pakistan Kipr böhranı zamanı Ankaraya hərbi yardım göstərib.
Son illərdə İslamabad və Ankara arasında ideoloji yaxınlıq daha da dərinləşib. Türkiyə varlı Körfəz ölkələrinin təsirini tarazlaşdırmaq üçün Pakistan və Malayziya kimi Körfəzdən kənar müsəlman dövlətləri ilə əlaqələrini strateji cəhətdən gücləndirib. Bəs Pakistan Türkiyənin iştirakından necə faydalanır? Prezident Ərdoğan dəfələrlə Türkiyənin Kəşmirlə həmrəy olduğunu bəyan edib və Türkiyə Pakistanın əsas silah ixracatçısına çevrilib. 2020-ci ilə qədər Türkiyə İslamabadın Çindən sonra ikinci ən böyük silah təchizatçısı olub və Pakistan donanmasının modernləşdirilməsində mühüm rol oynayıb.
Türkiyə Hindistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Onilliklər ərzində iki ölkə arasında səmimi münasibətlər olub. Ancaq Hindistanda 220 milyon müsəlmanın ən idbar şəkildə diskriminasiyaya məruz qalması rəsmi Ankara tərəfindən laqeyd qarşılana bilməz. Qərb və NATO Türkiyə silahlarının Pakistan tərəfindən Hindistana qarşı hücumlarda istifadə edilməsinə göz yumaq zorundadır. Yəni Qərb Türkiyə-Pakistan ittifaqına qarşı çıxaraq açıq şəkildə Hindistanın yanında yer ala bilmədi. Niyə? Çünki kollektiv Qərb Ukrayna üzərindən Rusiya ilə münaqişədədir. Belə bir ortamda Türkiyə kimi müttəfiqi itirmək Qərbə baha başa gələ bilərdi.
Türkiyədən başqa hansı böyük dövlət Pakistanı dəstəkləyir? 1990-cı illərdə ABŞ İslamabaddan uzaqlaşdıqdan dərhal sonra Çin Vaşinqtonun buraxdığı boşluğu dolduraraq Pakistanla münasibətlərini dərinləşdirdi. Çinin Pakistandakı iştirakının dərinliyini anlamaq üçün Pekin uran, tritium və texniki ekspertizanı təmin etməklə Pakistanın nüvə sahəsində inkişafında mühüm rol oynadı. Çinin yardımı olmasaydı, Pakistanın nüvə arsenalı mövcud olması sual altına düşə bilərdi. Soyuq Müharibədən sonrakı dövrdə Çin Hindistanın ən çətin iki qonşusu, yəni Pakistan və Banqladeş üçün aparıcı müdafiə təchizatçısı kimi ortaya çıxdı və Banqladeşin təxminən 86%-ni və Pakistanın silahlarının 82%-ni təmin etdi, bu da Çinin Cənubi Asiyada aparıcı müdafiə təchizatçısı kimi rolunu göstərir.
Türkiyə islam xalqları ilə əlaqələri gücləndirməyi hədəfləyir və onun Cənubi Asiyada genişlənən təsir dairəsi Hindistan üçün ciddi problem yaradır. Hindistanı daha çox narahat edən odur ki, Ankara Yeni Dehliyə hər hansı hərbi texnikanın satışını tamamilə qadağan edib. Bölgədə Türkiyənin iştirakı Çininkindən xeyli fərqlənir: Ankara təkcə Pakistana hərbi dəstək vermir, həm də Cənubi Asiyadakı müsəlman icmaları arasında Hindistan kimi müttəfiq olmayan ölkələrə qarşı rəqəmsal və ya kiber əməliyyatlar aparır. Ən azı bəzi Qərb mənbələri belə bir iddiadadır.
O da maraqlıdır ki, Pakistan-Türkiyə ittifaqı təkcə Qərbdə yox, müsəlman Şərqində də qısqanclıqla qarşılanır. Məsələn, Pakistanın Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə isti münasibətləri var. Xüsusən Səudiyyə Ərəbistanı Pakistanın daxilində gedən ən mürəkkəb siyasi proseslərə belə müdaxilə etmək imkanına malikdir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sirr deyil ki, hər bir dövlətin müxtəlif və mürəkkəb ittifaqlar şəbəkəsində yeri var. Pakistan və Türkiyənin dostluğu tarixi irsə, ideoloji yaxınlığa və qarşılıqlı təhlükəsizlik maraqlarına söykənir. Ankaraya dəstək İslamabadın hərbi qüdrətini artırır və onun siyasi müstəvidəki mövqeyini yüksəldir. Türkiyə İslam ölkələri ilə əlaqələri gücləndirir, Çin isə Pakistanın müdafiə qabiliyyətini daha da artırır və müxtəlif istiqamətlərdən Yeni Dehli üçün təzyiq rıçaqları yaradır.
Türkiyə-Pakistan ittifaqında Azərbaycanın da xüsusi yeri var. Azərbaycan da son Hindistan-Pakistan müharibəsində rəsmi İslamabada ən yüksək səviyyədə dəstək verib. Bu ittifaqın Türkistanın hesabına daha da güclənməsi ehtimalı son dərəcə yüksəkdir. Belə bir ittifaq isə bütövlükdə islam dünyasının Qərbin imperialist ambisiyalarından qurtulmasına təkan verə bilər.
Tarixdən bəllidir ki, VIII-XIII əsrlərdə İslam Dünyası qızıl dövrünü yaşayıb, elm və mədəniyyət baxımından intibah dönəmindən keçib. Çağdaş Qərb elminin əsası məhz o dövr islam alimlərinin elmi nailiyyətlərinə söykənir. Süni intellekt dönəmində İslam Dünyası yenidən keçmiş əzəmətinə qovuşa bilər. Türkiyə inqilab xarakterli texniki uğurları ilə bunun mümkün olduğunu aydın şəkildə ortaya qoyub.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub