“Bağışlayın, məşğulam” - PA-nın keçmiş sözçüsü casus ittihamına cavab vermədi

img

29-07-2025 [16:22]


Xəbər verdiyimiz kimi, mediada Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi barədə yeni məlumatlar yayılıb.

Məlumatlarda daha əvvəl adı çəkilən sabiq dövlət məmurları Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov kimi adlarla yanaşı, ilk dəfə adı hallanan şəxslər də var.  

Mia.az-ın məlumatına görə, Demokrat.az həmin şəxslərdən biri olan, bu ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilən Azər Qasımovun məsələyə münasibətini öyrənməyə çalışıb. Lakin Azər Qasımov jurnalistin sualına məhəl qoymadan vaxtı olmadığını deyib: “Bağışlayın, məşğulam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA