SABİQ NAZİR İDDİALARA SƏRT CAVAB VERDİ: “Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim?"

img

29-07-2025 [16:16]


Yerli mediada Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi barədə yeni məlumatlar yayılıb. Məlumatlarda daha əvvəl adı çəkilən sabiq dövlət məmurları Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov kimi adlarla yanaşı, ilk dəfə adı hallanan şəxslər də var.  

Mia.az-ın məlumatına əsasən, məsələ ilə bağlı Rusiyaya casusluqda adı hallanan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında bildirib ki, o, bu məsələyə ciddi yanaşmır:

“Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim? Bunlar ciddi söhbətlər deyil. Kimlərsə adımızı xoşagəlməz məsələlərdə hallandırmaq istəyir. Buna görə də bizi reklam edirlər. Bir sözlə, bunlara inanmıram”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA