"Spartak Moskva" Gedson Fernandesi transfer edir

img

28-07-2025 [12:11]


Rusiya Premyer Liqa təmsilçisi "Spartak Moskva" "Beşiktaş"ın ulduzu Gedson Fernandesi transfer edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə "Spartak Moskva" klubunun transfer komitəsi üzvləri İstanbula gəlib.

İddiaya əsasən, "Beşiktaş" və "Spartak Moskva" 20 milyon avro transfer haqqı 5 milyon avro bonuslar qarşılığında anlaşıb.

Xatırladaq ki, Gedson 2024-2025 mövsümündə "Beşiktaş"ın heyətində cəmi 49 oyuna çıxıb, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR