Ay jurnalist, sən hara, bayram hara?
PRESS
21.07.2025, 10:12
Əziyyət çək, burax işvəni, nazı,
Bütün günü kompüterdə yaz yazı.
Çox hesab et sənə verilən azı,
Az maaşla günün olubdu qara,
Ay jurnalist, sən hara, bayram hara?
Barmaqların yazmaqdan olsun qabar,
Nəyə lazım əlli manatlıq nübar?
Pulun azdır, qəlbin etməsin qübar,
Fikir çəkmə, canın salma azara,
Ay jurnalist, sən hara, bayram hara?
Nəyə gərək israf büdcədən gedə,
Tamah salma yağa, pendirə, südə.
Az maaşla kirə, kommunal ödə,
Nə məcburdu sən gedəsən bazara?
Ay jurnalist, sən hara, bayram hara?
Ucuzluğu yuxuda gör, seyr elə,
Xam xəyal qur, sən ömrünü ver yelə.
Xəstəliyi, dərdi gətirmə dilə,
Yoxsa səni vallah çəkərlər dara,
Ay jurnalist, sən hara, bayram hara?
Taksi nədi, sən piyada gəz dolan,
Tıxaclardır hər gün xatirə qalan.
Şan-şöhrətin, adın-sanın bir yalan,
Quru adla gedəcəsəksən məzara,
Ay jurnalist, sən hara, bayram hara?
Sən yetimsən, kim var canına yana?
Dərd-sərini məzlum halından qana?
Borc, kredit səni yığmasın cana,
Çox üzülmə, gəl sən düşmə zinhara,
Ay jurnalist, sən hara, bayram hara?
Vəfalıyam, dedim sözün düzünü,
Pulsuzluğun qorxutmasın gözünü.
Cəsarət et, sən ələ al özünü
İşlə, qazan, olmayasan avara,
Ay jurnalist, sən hara, bayram hara?
Təbriz VƏFALI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şair, publisist
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gürcüstanda narkotiklə bağlı əməliyyatda 121 nəfər saxlanılıb
Bugün, 11:59 DÜNYA
-
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 11:52 SİYASƏT
-
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bugün, 11:11 SİYASƏT
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT