Hazırın “nazir”ləri… - Təbriz VƏFALI YAZIR
YAZARLAR
15.07.2025, 09:13
Təbriz VƏFALI
***
Səhər çağlarında cındırından cin hürkən bir kasıb gəlir Məhəmməd Peyğəmbərin yanına, deyir ki, ey Allahın elçisi, mən çox yoxsulam, ailəm, külfətim uçuq-sökük daxmada ehtiyac içində yaşayır. Gündəlik bir qarın çörəyə möhtacıq. Allah-təalaya mən əvəzdən xahiş elə, mənə, ailəmə pul, ruzi-bərəkət yetirsin. Peyğəmbərimiz ona ürək-dirək verir ki, get günorta namazından sonra gəl, sənin təvəqqəni, xahiş və ricanı Ulu Yaradana, Uca Tanrıya deyəcəm…
Günorta namazından sonra yoxsul yenə peyğəmbərin yanına gəlir və həyəcanla soruşur ki, Tanrımız nə dedi? İslam dininin yaradıcısı cavab verir ki, Uca Allah deyir ki bu kasıba hər şey vermişəm. Yoxsul şoka düşür və and-aman edir ki, ya peygəmbər, məni də, ailəmi də hər kəs tanıyır. Vallahi də, billahi də çox əziyyət çəkirik, dolanışığımız çox ağırdır. Bizə yazığınız, rəhminiz gəlsin, mərhəmət edin.
Tanrının elçisi deyir ki, ey kasıb, Allah buyurur ki filan məhəlləyə gedəsən və görəcəksən sənə hər şeyi vermişəm, ya yox.
Yoxsul həmin məhəlləyə gedir, baxıb görür ki, sakinlərdən birinin qolu, birinin ayağı yoxdur, birinin gözü kordur. Bir sözlə, məhəllədə yalnız sağlamlıq imkanları məhdud insanlar yaşayır. Qayıdıb gəlir peyğəmbərimizin yanına, deyir ki, ey Allahın sadiq qulu, Tanrı mənə hər şeyi verib, sağlam bədən, sağlam cüssə, ağıl, güc verib, deməli, mən işləməliyəm, zəhmət çəkməliyəm, halal qazancımla ailəmi dolandırmalıyam, özümə, ailəmə bir gün ağlamalıyam…
Azərbaycan dünyanın yeğanə ölkəsidir ki, bu məmləkətdəki qədər nazir Yer planetindəki diğər dövlətlərdə yoxdur. Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin edilmiş Baş nazir və onun 3 müavini, eləcə də 17 nazirdən əlavə, 10 minlərcə insan da “nazir”dir. Söhbət isə hazırın “nazir”ləri olanlardan gedir.
Atalarımızın, babalarımızın, ulularımızın məşhur sözü var: “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”.
Azərbaycan müstəqillik qazanandan üzübəri heç bir iş görmədən, heç bir zəhmət çəkmədən, asanlıqla hər şeyi əldə edənlər, başqalarının zəhmətləri hesabına fayda qazanananlar, hazırca kökə tapmaq istəyənlər hazırın “nazir”ləri hesab olunurlar. Çalışqanlıqdan, zəhmətdən, əziyyət çəkməkdən imtina edən bu tənbəl “nazir”lər həmişə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” şüarını əsas tuturlar.
Əksər subaylar, xüsusilə də gənc oğlanlar və qızlar hazırın “nazir”ləri olmaq üçün varlı, imkanlı ailələrin övladları ilə ailə qurmağa cəhd göstərirlər.
Hələ hazırın “naziri” olmaq üçün işsiz kimi status qazanmaq, dövlətdən işsizlik müavinəti almaq üçün dəridən-qabıqdan çıxanlar da yetərincədir.
Baxırsan ki, cavan, sağlam adamdır, səhhətində heç bir problem yoxdur, ağlı başındadır, amma di gəl ki tənbəllik xəstəliyi bütün canını, bədənini, ruhunu bürüyüb. İşləmək, əziyyət çəkmək istəmir.
Hazırın “nazir”lərindən bəziləri valideynlərin min bir zəhmətlə, məşəqqətlə qazandıqlarını saga-sola xərcləməklə, bahalı avtomobillər sürməklə, bahalı restoranlarda yeyib-içməklə, əylənməklə asudə vaxtlarını “öldürürlər”.
Havayı, müftə qazanc əldə etmək üçün oğurluq, soyğunçuluq, xuliqanlıq, dələduzluq və hətta fahişəlik edən, narkotik və psixotrop maddələr və digər qanunsuz mal və məhsullar satan hazırın “nazir”ləri də çoxdur.
Ona görə də xoşbəxt və firəvan gələcəyimiz naminə tənbəlliyinin, müftə qazanc əldə etməyin dəhşətli virus kimi canımıza hopmasının qarşısını almaq üçün insanların, xüsusilə də gənclərin halal zəhmətə alışdırılması, onların alın təriylə, halal yolla pul və ruzi qazanmaları üçün dövlət də, valideynlər də əlbirliyi ilə əllərindən gələni etməlidirlər.
Yoxsa sonra gec olacaq, vətəndaşlarımız, xüsusilə də gənclərimiz arasında hazırın “nazir”ləri, pulun kölələri artdıqca Azərbaycanın gələcəyini etibar edəcəyimiz gəncliyimiz günəşli sabahımızı zülmət qaranlığa qərq edəcək…
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
Bugün, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionuı bağlayıb
Bugün, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
Bugün, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
Bugün, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
Bugün, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Bugün, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubiley yaşı çox mübarək!
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyininr şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA
-
Nazir müavinindən kitabxana sistemindəki attestasiyası ilə bağlı açıqlama: "İmtahandan keçməyənlər..."
Bugün, 12:56 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Bugün, 12:25 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 12:20 KRİMİNAL
-
"Uzak Şəhər"in aktrisası belə dincəlir - FOTOLAR
Bugün, 12:04 ŞOU-BİZNES
-
İbrahimoviç iki oğlunun anası ilə 25 il niyə nikaha girməyib? - Açıqlama
Bugün, 11:46 İDMAN
-
Konfrans, müşavirələr və.. - Qarabağ Dirçəliş Fondu 665 min manatı belə tədbirlərə xərcləyəcək
Bugün, 11:43 CƏMİYYƏT
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
Bugün, 11:35 İQTİSADİYYAT
-
Rəsmi Bakıdan Zaxarovaya cavab verildi: "Səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır"
Bugün, 11:34 SİYASƏT
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
Bugün, 11:17 KRİMİNAL
-
Daha bir tiktoker həbs edildi
Bugün, 11:07 PRESS
-
UKRAYNA 400-DƏK DROANLA MOSKVAYA QORXU SAÇDI - "Müharibə Rusiyaya geri döndü"
Bugün, 11:00 GÜNDƏM
-
Əli İnsanov özünə rus müşavir götürdü
Bugün, 10:37 SİYASƏT
-
ƏLİ ƏSƏDOV TƏBİB-in İCRAÇI DİREKTORU BARƏDƏ SƏRƏNCAM VERDİ - Hərbi Çağırış Komissiyasında dəyişiklik
Bugün, 10:15 GÜNDƏM