Xalq yazıçısı: "Cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır" - "Anam bakılıdır, atamsa qarabağlı..."
MƏDƏNİYYƏT
23.05.2025, 07:36
Xalq Yazıçısı Çingiz Abdullayev detektiv əsərləri ilə tanınır. Yazıçının 200-ə yaxın kitabı işıq üzü görüb. Əsərləri 34 dilə tərcümə edilib.
Mia.az Çingiz Abdullayevin Lent.az-a müsahibəsini təqdim edir:
- Çingiz müəllim, günlərdir müsahibə üçün sizi tapa bilmirəm, bütün günü tədbirlərdə olursuz. Yorulmursuz?
- Neynəyim bəs? Yoruluram. Hələ gecələr də işləyirəm. Bu gecə saat 5-ə qədər işləmişəm.
- Bu qədər tədbirin arasında yaradıcılığa və istirahətə necə vaxt ayırırsız?
- Az yatıram. Başa düşmürəm istirahət nə deməkdir. Bəlkə, bu o deməkdir ki, uzanıb heç nə etmirsən? Məzuniyyət götürüb, harasa istirahətə getmək mənlik deyil. Dincəlmək nədir axı? Mən kitab sevirəm, oxuyuram. İşləməyi sevirəm, işləyirəm. Axı işləyəndə dincəlirəm. Əgər belə olmasaydı, 200-dən çox kitabı yaza bilməzdim. Mənim üçün istirahət kitab oxumaq, kitab yazmaq və dünyanı gəzməkdir. İnsanlarla ünsiyyətdə olanda sevinirəm.
- Aqata Kristi deyirdi ki, əsərlərimin ideyası qab yuyanda gəlir. Bəs siz necə tapırsız ideyaları?
- Qab yumuram, yoldaşım məni mətbəxə buraxmaz (gülür). İdeyaların çoxu ya yuxuda gəlir, ya da hansısa əhvalatı eşidirəm, oradan yaranır. Amma qab yumuram. İmkan versəydilər, ikiqat daha çox yazardım. Özümü tənbəl kişi hesab edirəm. Bəzi səviyyəsiz adamlar deyir, özü yazmayıb. Deyin ki, kitabları oxunmur, satılmır, pis yazır, nəsə demərəm. Amma deyəndə ki, özü yazmır, qonşularımız deyir ki, baxın, bunların Xalq Yazıçıları əsərlərini özü yazmır. Mənim əsərlərimi hətta Ermənistanda da oxuyurlar. 15 il əvvəl bir rus jurnalı yazmışdı ki, bir insan bu qədər kitab yaza bilməz, 5 nəfər yığışıb yazır o kitabları. Dedim, bütün kitablarımı leksikonda yoxlamaq olar. Yoxlayın, əgər 1 kitabı belə mən yazmamışamsa, sizə 10 min dollar verəcəm. Yox, əgər mən yazmışamsa, siz mənə 1 rubl verib üzr istəyəcəksiniz. 3-4 ay keçdi, onların baş redaktoru Bakıya gəlmişdi. Slavyan universitetində 600 nəfərin qarşısında 1 rublu qaldırıb dedi ki, bütün kitabları Çingiz Abdullayev özü yazıb. Amma o 1 rublu vermədi (gülür). Mənim üslubum elədir ki, onu dəyişmək, səhv salmaq mümkün deyil.
- Bir şey eşitmişdim ki, Çingiz Abdullayev təyyarədə bir roman yazır. İnandırıcı gəlmədi, dedim, sizdən soruşum.
- Yox, təyyarədə bir romanı yazıb bitirə bilmərəm. Mən təyyarədən çox qorxan adamam. Təyyarədə 2-3 saata bir romanı yazmaq olmaz. Amma bir dəfə mənə təcili lazım olanda 17 günə yazıb bitirmişəm.
- "Neftçi" futbol klubunda müşahidə şurasının sədri idiz.
- Bəli. "Neftçi"ni çempion etdik. Bununla fəxr edirəm. Uşaqlıqdan "Neftçi" azarkeşi olmuşam, indi də onu sevirəm.
- Hazırda "Neftçi"nin durumu elə də yaxşı deyil. Niyə?
- Bəli. Buna ürəyim ağrıyır. Səbəbləri çoxdur. Desəm, gərək kimisə pisləyim. Mən 6 il müşahidə şurasının sədri oldum. Mənim vaxtımda "Neftçi" 3 dəfə 2-ci yerə çıxdı. Bizim üzvlərimiz tanınmış adamlar idi: Fərhad Bədəlbəyli, Zaur Qəhrəmanov və sair.
Qurana əl basaram ki, oradan heç birimiz 1 manat belə qazanmamışıq. Bəlkə, əsas səbəb də bu idi... Biz futbolu fikirləşirdik, cibimizi yox. Bir dəfə "Neftçi" uduzanda 2 gün oradan çıxmadım. Düşünürdük ki, necə edək "Neftçi"ni bu böhrandan çıxaraq. Kimin nə problemi var, həll edirdik. Kimisə orduya aparırdılar, zəng edib saxladırdım. Ailəvi problemi olanların problemlərini həll edirdim. Hər futbolçu ilə ayrı-ayrı maraqlanırdım.
- Dinə münasibətiniz necədir?
- Çox yaxşıdır. Məkkədə, Kərbəlada, Məşhəddə, Kufədə olmuşam. Füzulinin qəbrini də ziyarət etmişəm. Xalq Şairi Qabilin yaxşı bir sözü vardı, deyirdi ki, Allaha inanan adamam, amma xurafata inanmıram. Mən inanmıram ki, o tərəfdə bizi hurilər qarşılayacaq, saqqallı kişi ilə görüşəcəyik. Amma görünür, nəsə bir güc var dünyada.
- Bir müsahibənizdə demişdiz ki, seçim olsaydı, cəhənnəmə gedərdiz, orada maraqlı kişilər və qadınlar olacaq. Cəhənnəmdə kimlərlə görüşmək istəyərdiz?
- O bir zarafat idi. Cənnət, ya cəhənnəmə getmək mənim seçimim deyil axı. Amma, bəli, indi də düşünürəm ki, gözəl qadınlar və ağıllı kişilər hamısı oraya getməlidir. Məsələn, Napoleon, Çingiz Xan, Atilla, Əmir Teymur və sair.
- Çingiz müəllim, Kommunist Partiyasının müxtəlif orqanlarında çalışmısız. Dövrün tələbinə görə, yoxsa, həqiqətən, kommunistsiz? Yəni bu, siyasi baxışlarınıza uyğun idi?
- İnzibati şöbədə çalışırdım. Birincisi, biz cavanlıqda kommunizmə inanırdıq. Elə olurdu ki, gətirib mənə pul verirdilər, əlimi də vurmurdum. Məni heç vaxt pulla almaq olmaz.
Pulla ancaq pozğun qadınları almaq olar. Vicdanını satmaq bədənini satmaqdan daha pisdir. Bəlkə, ona görə ki, mənim buna ehtiyacım da yox idi. Bəlkə də, acından ölsəydim, pulum olmasaydı rüşvətxor olardım. Bəlkə də, yox. Tolstoy deyir ki, bir az insaflı insan ola bilməz, ya insaflısan, ya da yox. Heç vaxt rüşvət almamışam.
Kommunist olmağa gəlincə, o vaxt hamı kommunist olub: Üzeyir Hacıbəyli, Qara Qarayev...
- Siyasi görüşləriniz necədir?
- Solçuyam. Hesab edirəm ki, cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır. Mənə böyük bir yazıçı demişdi ki, yazıçının ürəyi solda olmalıdır. O xalqı fikirləşmirsə, pis yazıçıdır. Yaxşı yazıçı xalqın əbədiyyətdə vəkilidir. Sən xalqı fikirləşmirsənsə, onda nə yazacaqsan?
- Niyə dünyadakı böyük yazıçıların əksəriyyəti solçudur?
- 2000-ci ildə 140 yazıçını bir yerə yığmışdılar. Hamısı çox tanınmış yazıçı idi. Aralarında "Nobel" mükafatı laureatı, "Plutser" mükafatı alanlar var idi. Bizə qatar vermişdilər, bütün şəhərləri gəzirdik - Madrid, Paris, Brüssel, Berlin... Hamısını gəzə-gəzə gəldik Moskvaya. Moskvada bir qız Leninlə Trotskini pisləyirdi. Baxdım, onların hamısı bu söhbətdən narazıdır, qızı doğru hesab etmirlər.
Sonra bildim ki, bu yazıçıların hamısı ya kommunist, ya sosialistdir.
- Demişdiz ki, Qarabağ azad edilənə qədər Azərbaycanda çap edilən kitablarınızın qonorarını almayacaqsız. Qarabağ azaddır, indi qonorar alırsız?
- Bəli, son illər alıram. Onu da alanda keçirdirəm şəhid övladları, ya qazilərin ailələrinin hesabına.
Yazıçı olmaq çox çətindir. Yaxınlıqda kitab mərkəzi var. Orada 80 min yazıçının kitabı yer alır, aralarında Homer, Nizami, Balzak, Dostoyevski və s. var. Bir yazıçı düşünə bilər ki, sən onlardan ağıllısan kitab yazırsan? Və ya hesab edər ki, kim onları qoyub, sənin kitabını alacaq? Bu suallara cavab olaraq elə kitab yazmalısan ki, heç olmasa 1 nəfər pul verib sənin kitabını alsın. Elə yazmalısan, milyonlarla yazıçı arasında gəlib sənin kitabını oxumaq istəsinlər. Yazıçının xoşbəxtliyi odur ki, onun kitablarını oxusunlar.
- Çingiz müəllim, siyasi detektiv yazan ilk azərbaycanlısız...
- Moskvada ilk kitablarım çıxanda mənə gülürdülər. Deyirdilər "Çingiz Abdullayev" ad-soyadı ilə bir müəllif heç siyasi detektiv yazar?
- Niyə var idi bu təsəvvür?
- Ona görə ki, azərbaycanlı, müsəlman detektiv əsər yazan yazıçı yox idi. Deyirdilər, ona deyin, getsin qoyunları ilə məşğul olsun. Məni Mərkəzi Komitəyə çağırmışdılar ki, bunu yəhudilər yazır, sənlik deyil. Mən də həyasız idim, dedim, yazacam! Mədəniyyət şöbəsinin rəhbəri Azər Mustafazadə dedi, onda çalış onlardan yaxşı yazasan. Bilmirəm, bacardım, ya yox, amma Rusiyada, Ukraynada, Belarusiyada, Qazaxıstanda elə bir şəhər yoxdur ki, orada mənim kitabım olmasın.
- Siyasi əsərlərə görə sizi sıxışdırıblar?
- Kitablarım qadağan olunmuşdu. Dedilər, sirləri açırsan. Lakin sonradan icazə verildi.
- "Əclafların Qanunu" əsərində Rusiyanın hər iki tərəfə silah satmağını, meyitləri satmağını yazmışdız. Belə şeylərə görə, Rusiyadan sizə qarşı narazılıq olub?
- Narazılıq nədir, hətta öldürmək istəyiblər. Onların təhlükəsizlik rəhbəri keçmiş KQB-nin generalı var idi. Kitabı Londona göndərdi ki, baxın, bu cavan oğlan bizim haqqımızda nə yazıb. Məni öldürmək üçün 10 min dollar ayırdılar. Bu, o vaxt çox böyük pul idi.
Onların rəhbəri oxudu o kitabı və dedi ki, əşi, cavan yazıçıdır, yaxşı yazır, nə istəyirsiz ondan? Nəyinki o, çoxları inciyirdi. Təkcə Rusiyadan yox, Azərbaycandan da inciyənlər var idi.
Bir dəfə Yazıçılar Birliyinə 27 ölkədən jurnalist gəlmişdi. Bir zarafat eləmək istədim. 27 qızın hərəsinə öz dilində kitabımı hədiyyə etdim. Onlar təəccüblənmişdilər ki, bu necə olar bilər? İstədim qoy baxsınlar Azərbaycan yazıçısı nəyə nail olub.
1990-cı ildə "Qara yanvar"-ı yazanda 29 yaşım var idi. O kitabı 3 gün gizlətmişdik. O vaxt Sovet ordusunun əleyhinə elə kitab yazmaq olmazdı erməni alimi Zori Balayanla bağlı kitab yazmışdım. Sabiq baş nazir Artur Rasizadə əmr verdi ki, onu Moskvada bütün səfirliklərə paylasınlar.
- Mühafizəkarsız, ya yenilikçi?
- Baxır nədə. Məsələn, dünya qadından başlayır. Oğula ağıl anadan keçir. Kişilər qıcıqlanırlar ki, necə yəni, mənim ağlım oğluma keçmir? Xeyr, kişinin ağlı qızına keçir. Bəziləri deyir, qız oxumasın. Birinci qızlar oxumalıdır. Mən qadınlar haqqında kitablar yazmışam, onu oxuyanda deyirlər ki, bunu qadın yazıb, kişi yox. Deyirlər ki, kişi qadın hisslərini bu qədər dərin ifadə edə bilməz.
- Hobbiləriniz nələrdir?
- Futbol, kitab oxumaq, dünyanı gəzmək və qadınlar... 87-88 ölkədə olmuşam. Kitabları çox sevirəm, mənə 1000 il ömür versəydilər, onun 500 ilini kitab oxuyardım. Özəlliklə tarixi çox sevirəm. Məktəbdə tarixdən 1 dəfə də olsun 4 almamışam. Həmişə 5 alırdım.
- Ən sevdiyiniz şəhər hansıdır?
- Bakı. Elə Bakı ləhcəsində də danışıram. Çox vaxt bunu nöqsan tuturlar. Amma bilmirlər ki, anam bakılıdır. Atamsa qarabağlı.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qarşıda növbəti ağır mərhələ var: ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır
Bugün, 01:09 SİYASƏT
-
İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa edir - Qərar dəyişir
Bugün, 00:59 GÜNDƏM
-
ÖZƏLLƏ YAVAŞ BİR ARAYA GƏLDİ, 45 GÜNLÜK VAXT QOYULDU – Bələdiyyə sədrləri birgə bəyanat verdi
Bugün, 00:44 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu ilk olaraq 10 deputatı qovmağa hazırlaşır – “Xəyanət” sözünə görə (SİYAHI)
Bugün, 00:27 SİYASƏT
-
Kılıçdaroğluya mahnı həsr edən sənətçi ortaya mövqe qoydu: “Onun yanında deyiləm”
Bugün, 00:24 SİYASƏT
-
Zədəsini daha tez sağaldan Arda Gülər geri döndü
Bugün, 00:13 GÜNDƏM
-
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bugün, 00:08 CƏMİYYƏT
-
Çempionlar Liqası: “Fənərbağça”nın potensial rəqibləri dəqiqləşdi
Bugün, 00:06 İDMAN
-
Andre Onana “Trabzonspor”la vidalaşdı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
TDT-yə üzv dövlətlərin Ali məhkəmə sədrləri toplandı - İnam Kərimov Səmərqənddə + FOTOLAR
24.05.2026, 22:26 SİYASƏT
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
24.05.2026, 22:11 CƏMİYYƏT
-
KILIÇDAROĞLU POLİS GÜCÜNƏ CHP BİNASINA GİRDİ – Özəl isə "geri dönəcəyik" mesajı verdi (FOTOLAR)
24.05.2026, 18:14 GÜNDƏM
-
Palçıqda başa çatan futbol mövsümü və ya Quba Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir (VİDEO)
24.05.2026, 18:02 İDMAN
-
"İmişli" stadionda işığa qənaət edir? - Premyer liqanın motivasiyasız son oyunu (FOTO)
24.05.2026, 17:55 İDMAN
-
Araz Abdullayev Yevlax klubundan yola salındı
24.05.2026, 17:48 İDMAN
-
Muaytay-Tayboks Federasiyasının prezidenti Mia.az-a danışdı, sənəd təqdim etdi: "Federasiyanın rəhbəri mənəm, Araz Musayev yenə cəmiyyəti aldadır"
24.05.2026, 17:43 İDMAN
-
Mayın 25-27-də küləkli hava olacaq - Sarı və narıncı xəbərdarlıq verildi
24.05.2026, 16:50 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın potensial rəqibləri bəlli oldu
24.05.2026, 16:31 İDMAN
-
Ömrünü elmə həsr edən alim... - Professor İsa İsmayılovun 80 illik yubileyinə söz ardı...
24.05.2026, 15:23 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR
24.05.2026, 15:05 CƏMİYYƏT
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı oldu - 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkarlandı (Yenilənib)
24.05.2026, 13:24 GÜNDƏM
-
Muaytay-Tayboks Federasiyasında seçki: Azər Musayev prezident seçildi, Azər Həsənsoy qurumdan uzaqlaşdırıldı
24.05.2026, 12:45 İDMAN
-
Rusiya Kiyevi raket atəşinə tutub - Azərbaycanı səfirliyinin binasına zərər dəyib
24.05.2026, 11:30 GÜNDƏM
-
"Yeni Müsavat" qəzetinin redaktoruna ağır itki üz verib
24.05.2026, 11:22 PRESS
-
CHP-nin qərargahında dava - Kılıçdaroğlu vıə tərəfdarları partiyaya buraxılmadı (FOTOLAR)
24.05.2026, 10:05 DÜNYA
-
Meşələrin İnkişafı Xidməti 440 in manatlıq maşınlar alır
24.05.2026, 10:03 İQTİSADİYYAT
-
Cəlilabadda zəlzələ olub
24.05.2026, 09:49 GÜNDƏM
-
Muxtar Babayev BMT Baş katibi postuna namizədlə bir araya gəldi - AÇIQLAMA
24.05.2026, 00:06 GÜNDƏM
-
“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi
24.05.2026, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.05.2026, 00:02 CƏMİYYƏT
-
Leyla Əliyeva Bakıda toyda - VİDEO
23.05.2026, 23:50 MƏDƏNİYYƏT
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
23.05.2026, 23:33 GÜNDƏM
-
Sabiq nazirin 700 minlik evinin hərraca çıxarılacağı tarix bəlli oldu
23.05.2026, 20:38 İQTİSADİYYAT